7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Qəzzaya etdiyi hücumlar qəbuledilməzdir - İspaniya XİN

18 May 2025 20:24
İsrailin Qəzzaya etdiyi hücumlar qəbuledilməzdir - İspaniya XİN

BAKI, AzerVoice

İsrailin Qəzza zolağına etdiyi hücumlar qətiyyən qəbul edilə bilməz.

AzerVoice xəbər verir ki, bunu İspaniya Xarici İşlər Naziri Xose Manuel Albarez deyib.

“Son günlərdə Qəzzada həyata keçirilən hücumlarda 200-dən çox insanın həyatını itirməsi qətiyyən qəbul edilə bilməz. Qəzzadakı vəziyyət kritik və son dərəcə qeyri-insanidir. Şiddətin artmasını qətiyyətlə qınayıram” – deyə, Albarez bildirib.

“Düşmənçiliyin dərhal dayandırılmasını tələb edirəm. Fələstin xalqının sülh və ümid içində yaşamaq hüququ var” – deyə, o əlavə edib.

Albarez, İspaniyanın xarici siyasətinin əsas hədəfinin ədalətli və davamlı sülhə nail olmaq üçün iki dövlətli həllin həyata keçirilməsi olduğunu xatırladıb.

Bundan əvvəl, İspaniya Baş naziri Pedro Sançes də Bağdadda keçirilən 34-cü Ərəb Liqası Zirvəsində çıxışı zamanı Qəzza və İordan çayının qərb sahilində baş verən hadisələrin Avropa və dünyanın qalan hissəsi tərəfindən görməzlikdən gəlinə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, İsrail ordusu, yanvarın 19-da qüvvəyə minmiş atəşkəsi martın 18-də pozaraq Qəzzaya qarşı genişmiqyaslı hücumlara yenidən start verib.

Bu hücumlar nəticəsində əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət olmaqla 3 min 193 fələstinli həyatını itirib, 8 min 993 nəfər yaralanıb.

2023-cü ilin oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına etdiyi hücumlar nəticəsində ölən fələstinlilərin ümumi sayı 53 min 339-a, yaralıların sayı isə 121 min 34-ə çatıb.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #İspaniya #İsrail hücumları #İsrailin hərbi əməliyyatları

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib

6 Sentyabr 10:00
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.