8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ ordusu son üç ildə hərbi xidmətə çağırış üçün 6 milyard dollar xərcləyib

25 May 2025 20:34
ABŞ ordusu son üç ildə hərbi xidmətə çağırış üçün 6 milyard dollar xərcləyib

BAKI, AzerVoice

Son üç ildə ABŞ ordusu, hərbi xidmətə yeni əsgərlərin cəlb olunması və mövcud heyətin saxlanması üçün 6 milyard dollardan çox vəsait xərcləyib.

AzerVoice xəbər verir ki, barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, 2022-ci ildən başlayaraq ABŞ ordusu, donanması, hava qüvvələri və dəniz piyadalarında yenidən xidmətə cəlb olunanlar üçün verilən maliyyə təşviqləri ciddi şəkildə artırılıb. Bu artımda ABŞ donanması digər qoşun növlərindən daha çox xərcləmə edib. Eyni zamanda, ordu və dəniz piyadaları da bonus məbləğlərini yüksəldib.

Əvvəllər də hərbi qüvvələr bonuslarla əsgər cəlb etməyə çalışsalar da, COVID-19 pandemiyası dövründə gənclərlə birbaşa təmasın məhdudlaşması, məsələn, məktəb ziyarətləri və sərgilərin ləğvi, bu prosesi daha da çətinləşdirib. Bu səbəbdən də bonus və əlavə proqramlara daha çox vəsait ayrılıb.

Yeni proqramlar, uyğunluq şərtlərində dəyişikliklər və motivasiyaedici bonuslar sayəsində ordu sıralarına qayıdan əsgərlərin sayı artıb. Ötən il ABŞ ordusunun bütün qoşun növləri donanma istisna olmaqla planlaşdırılan çağırış kvotalarını yerinə yetirə bilib.

ABŞ Prezidenti Donald Tramp və Müdafiə naziri Pit Heqset bu canlanmanı seçki qələbələrilə əlaqələndirsələr də, rəsmilər çağırışın artmasının əsas səbəbini ordu tərəfindən həyata keçirilən struktur islahatlarda, xüsusilə də maliyyə təşviqlərinin artırılmasında görürlər.

ABŞ Donanmasının əməliyyatlar üzrə rəis müavini admiral Ceyms Kilbi Senatda çıxış edərək bildirib ki, donanma ən bacarıqlı heyəti saxlamaq istəyir. O, bəzi sahələrdə, xüsusilə aviasiya, xüsusi əməliyyatlar, sualtı qayıqlar və hərbi tibb sahəsində zabitlərin yenidən cəlb olunmasının çətin olduğunu bildirib.

Son on ildə ən böyük çağırış çətinliyini ABŞ ordusu yaşayıb. Amma 2022-ci ilin avqustunda Cənubi Karolina ştatında yerləşən Fort Ceksonda qurulan “Gələcək əsgərin hazırlıq kursu” proqramı sayəsində çağırışda ciddi irəliləyiş qeydə alınıb. Bu proqram fiziki və akademik göstəriciləri zəif olan namizədlərə hərbi standartlara çatmaq üçün 90 günə qədər əlavə hazırlıq imkanı verir.

ABŞ Hava Qüvvələri 2023-cü ildə dəstək məqsədilə bonus xərclərini artırsa da, ötən il bu məbləğ azaldılıb. Bonuslar əsasən silah sistemləri, təyyarə texniki xidməti və təhlükəsizlik sahələrinə yönəldilib. Kosmik Qüvvələr isə hal-hazırda çağırış bonusları vermir.

Dəniz Piyadaları və Kosmik Qüvvələr, daha kiçik birliklər olmalarına baxmayaraq, çağırış planlarını uğurla yerinə yetirə biliblər. Dəniz Piyadaları daha az vəsaitlə daha çox əsgər cəlb etmək məqsədilə bonusları daha geniş yayılmış şəkildə bölüşdürür.

Bütün qoşun növləri bu vəsaitləri xüsusilə kiber təhlükəsizlik, kəşfiyyat, xüsusi əməliyyatlar, artilleriya və zirehli birliklər kimi çətin doldurulan sahələrə yönəldirlər.

Məqalədə: #ABŞ #hərbi xidmət

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.