4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kanada ABŞ məhkəməsinin Trampın rüsum qərarını bloklamasını alqışlayıb

29 May 2025 22:10
Kanada ABŞ məhkəməsinin Trampın rüsum qərarını bloklamasını alqışlayıb

BAKI, AzerVoice

Kanada ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsinin Donald Trampın Kanada da daxil olmaqla bir sıra ölkələrdən idxal edilən mallara tətbiq etdiyi gömrük rüsumlarının bloklanması ilə bağlı qərarını alqışlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni parlamentdə çıxışı zamanı bildirib.

"Kanada hökuməti, ABŞ məhkəməsinin dünənki qərarını alqışlayır. Bu qərar, Kanadanın uzun illərdir müdafiə etdiyi mövqeyinə uyğundur: Trampın Kanada məhsullarına tətbiq etdiyi rüsumlar qanunsuz və əsassızdır" - deyə, Karni qeyd edib.

Eyni zamanda, Baş nazir vurğulayıb ki, ABŞ-la ticarət münasibətləri hələ də ciddi təhlükə altındadır. Çünki Tramp administrasiyası tərəfindən Kanada poladı, alüminiumu və avtomobil sektoruna tətbiq edilən bəzi tariflər hələ də qüvvədədir. Karni əlavə edib ki, Ottava ABŞ-la normal ticarət əlaqələrinin bərpasına ümid edir.

Xatırladaq ki, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Trampın bir sıra ölkələrdən idxala əlavə rüsumlar tətbiq etmək qərarını onun prezident səlahiyyətlərini aşması səbəbilə ləğv edib. Məhkəmənin qərarı Trampın aprelin 2-də elan etdiyi 185 ölkə və regiondan olan məhsullara qarşı tarifləri və Kanada, Çin və Meksikadan idxal edilən mallara qarşı daha əvvəl tətbiq edilmiş bəzi rüsumları da əhatə edir. Bu tariflər, həmin ölkələrin fentanil qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamasına görə əsaslandırılmışdı.

CNN kanalının verdiyi məlumata görə, məhkəmənin qərarı polad, alüminium, avtomobil və onların ehtiyat hissələri ilə bağlı tariflərə aid deyil. Çünki bu rüsumlar "Ticarətin Genişləndirilməsi Qanunu”na əsasən tətbiq olunub. Məhkəmə isə Trampın başqa bir qanuna əsasən səlahiyyətlərini aşdığını müəyyən edib. Nəticədə, bu qərar Çin məhsullarına tətbiq edilən 30 faizlik, Meksika və Kanadadan gətirilən bəzi mallara tətbiq olunan 25 faizlik və universal 10 faizlik tariflərə təsir edəcək.

Tramp administrasiyası artıq məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Həmçinin xatırladaq ki, aprel ayının sonunda ABŞ-ın 12 ştatı Trampın gömrük siyasətinə qarşı Federal Beynəlxalq Ticarət Məhkəməsinə iddia təqdim etmişdi. Onlar Trampı fövqəladə vəziyyət elan etməklə Konqresin təsdiqini almadan ticarət tariflərini dəyişməkdə ittiham etmişdilər. İddianı ilk olaraq Oreqon ştatının baş prokuroru qaldırmış, onu Arizona, Vermont, Delaver, İllinoys, Kolorado, Konnektikut, Minnesota, Meyn, Nevada, Nyu-York və Nyu-Meksiko ştatları dəstəkləmişdi.

Məqalədə: #ABŞ #Kanada #Donald Tramp #Çin #avtomobil #ticarət #idxal #ABŞ məhkəməsi #Mark Karni #Gömrük rüsumları #Kanada ABŞ münasibətləri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.