7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransada müsəlmanlara qarşı hücum

2 İyun 2025 16:34
Fransada müsəlmanlara qarşı hücum

BAKI, AzerVoice

Fransanın Var vilayətində baş verən irqçi motivli silahlı hücum nəticəsində bir Tunis vətəndaşı həyatını itirib, bir Türkiyə vətəndaşı yaralanıb.

AzerVoice xəbər verir ki, Fransa daxili işlər naziri Jerald Darmanin-in yerinə təyin olunan yeni nazir Retailleau, sosial media hesabında verdiyi açıqlamada bildirib ki, mayın 31-də Var bölgəsində bir nəfər Tunisli qonşusunu güllələyərək öldürüb, hadisə zamanı 25 yaşlı Türkiyə vətəndaşı isə əlindən yaralanıb.

Retailleau qeyd edib ki, hücumun irqçi motivli olub-olmadığına dair istintaq davam edir, lakin hücumçunun sosial şəbəkələrdə paylaşdığı videolar hadisənin bu xarakterdə olduğunu deməyə əsas verir.

Hadisə ilə bağlı yerli mediada yayılan məlumatlara görə, 53 yaşlı fransız vətəndaş qonşusu olan 35 yaşlı tunislini odlu silahla qətlə yetirib. Hadisə zamanı ərazidə olan Türkiyə vətəndaşı da yaralanıb. Cinayətkar hadisə yerindən avtomobili ilə qaçmağa çalışsa da, təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətdə saxlanılıb. Avtomobildə çoxlu sayda odlu silah aşkarlanıb.

Draguignan Respublika Prokurorluğu tərəfindən hadisə ilə bağlı irqi motivli qətl ittihamı ilə istintaq başladılıb.

Qeyd edək ki, Fransa daxilində son illər müsəlman icmalarına qarşı irqçi hücumların sayı artmaqdadır.

Məqalədə: #Fransa #irqçilik #irqçilik məsələləri #Fransa irqçi hücum #irqçi motivli qətl #Fransada müsəlman icmalarına hücumlar #Avropada irqçi cinayətlər

Mövzu üzrə digər xəbərlər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

09:00
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.