8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fanatik yəhudilər İsrail polisinin himayəsində məscidə daxil olub

3 İyun 2025 16:44
Fanatik yəhudilər İsrail polisinin himayəsində məscidə daxil olub

BAKI, AzerVoice

Fanatik yəhudilər İsrail polisi himayəsində Əl-Əqsa məscidinə daxil olub.

AzerVoice xəbər verir ki, İsrail polisi himayəsində fanatik yəhudilər işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın ediblər.

Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə, israilli məskunlaşan qruplar Məscidül-Əqsanın həyətinə daxil olaraq orada dini ayinlər icra edib və təxribat xarakterli davranışlar nümayiş etdiriblər. Basqın zamanı İsrail polisi müsəlman ibadətçilərə qarşı sərt tədbirlər görüb və məscidin girişlərində hərbi mövcudluğunu gücləndirib.

Son zamanlar, xüsusilə İsrailin Qəzzada başlatdığı hərbi əməliyyatların 20-ci ayına daxil olduğu dövrdə, Əl-Əqsaya edilən bu tip hücumların intensivləşdiyi müşahidə olunur.

İsrail hökumətində mühüm mövqelər tutan ifrat sağçı nazirlər açıq şəkildə bildirirlər ki, yəhudilərin Əl-Əqsada ibadət etməsi və bu ərazidə yəhudi məbədinin inşası hədəfləri sırasındadır. İsrailin maliyyə naziri Bezalel Smotrich, Məscidül-Əqsanın yerində yəhudi məbədi tikilməsi üçün büdcə ayırmağa hazır olduğunu deyib. Yəhudi Gücü partiyasının millət vəkili Zvi Sukkot isə İsrail bayrağı ilə məscid ətrafında çəkilmiş görüntülərini “Məscidül-Əqsa bizim əlimizdədir” sözləri ilə yayımlayıb.

Qeyd edək ki, İordaniya və İsrail arasında 1994-cü ildə imzalanmış Vadi Arabe Sazişinə əsasən, Qüdsdəki müqəddəs yerlərin dini statusuna nəzarət hüququ İordaniya Haşimilər Krallığına aiddir. Müvafiq razılaşmaya görə, Əl-Əqsa məscidi İordaniya Vəqflər və İslam İşləri Nazirliyinə bağlı Qüds İslam Vəqfi tərəfindən idarə olunur. Lakin 2003-cü ildən bəri yəhudilər bu müqəddəs məkanın ərazisinə İdarənin icazəsi olmadan, İsrailin birtərəfli qərarları əsasında daxil olurlar.

Məqalədə: #İsrail #Əl-Əqsa #Məscidül-Əqsa #Şərqi Qüds #İsrailin Məscidül-Əqsaya məhdudiyyətləri #Qüds İslam Vəqfləri İdarəsi #İsrail və Qəzza #Məscidül-Əqsaya basqın #Məscidül-Əqsaya məhdudiyyətlər #Qüds İslam Vəqflərinin basqınlara reaksiyası #Şərqi Qüdsdə insan hüquqları

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.