5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniyada Çin və ABŞ arasında ticarət məsələləri üzrə danışıqlar aparılacaq

7 İyun 2025 20:03
Britaniyada Çin və ABŞ arasında ticarət məsələləri üzrə danışıqlar aparılacaq

BAKI, AzerVoice

Çinin Baş nazir müavini He Lifen 8-13 iyun tarixləri arasında Böyük Britaniyaya səfər edəcək və bu müddət ərzində ABŞ nümayəndələri ilə ticarət məsələləri üzrə danışıqlar aparacaq.

AzerVoice xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat verib.

"Britaniya hökumətinin dəvəti ilə, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Dövlət Şurasının Baş nazir müavini He Lifən 8-13 iyun tarixlərində Böyük Britaniyaya səfər edəcək. Səfər zamanı o, Çin-ABŞ ticarət-iqtisadi məsləhət mexanizmi çərçivəsində ilk görüşü keçirəcək" — deyə məlumatda bildirilib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ nümayəndə heyətində maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir yer alacaq.

Qeyd edək ki, Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhət mexanizmi, 10-11 may tarixlərində Cenevrədə keçirilən danışıqların nəticəsi olaraq yaradılıb. O zaman Pekin və Vaşinqton qarşılıqlı tarifləri qismən azaltmaq barədə razılığa gəlib. May ayında bu tariflərin ümumi həcmi 100 faizi keçmişdi.

Gələcək görüşün London şəhərində keçirilməsi gözlənilir. İyunun 5-də Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. İki lider mümkün qədər tez bir zamanda yeni ticarət-iqtisadi danışıqlar mərhələsinin keçirilməsi barədə razılığa gəliblər.

Məqalədə: #ABŞ #Böyük Britaniya #Donald Tramp #London #Çin #Si Cinpin #ticarət #Cenevrə #Skott Bessent #Çin və ABŞ ticarət münasibətləri #Hovard Latnik #He Lifen

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.