5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-Çin danılıqlarında əsas diqqət ixrac nəzarətinə yönələcək

8 İyun 2025 18:38
ABŞ-Çin danılıqlarında əsas diqqət ixrac nəzarətinə yönələcək

BAKI, AzerVoice

ABŞ və Çin arasında 9 iyun tarixində Londonda keçiriləcək ticarət nazirləri səviyyəsində görüşdə əsas diqqət tariflərə deyil, ixrac nəzarətinə yönələcək.

AzerVoice xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, son həftələrdə iki ölkə arasındakı ticarət mübahisəsində diqqət tariflərdən daha çox ixrac məhdudiyyətlərinə yönəlib.

Mənbələrin bildirdiyinə görə, may ayında ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir və Çindən olan həmkarı Li Çenqanq artıq ixrac nəzarət qaydaları ilə bağlı məsələləri müzakirə ediblər. İyunun 9-da aparılacaq danışıqlarda ABŞ ticarət naziri Hovard Latnikin iştirak etməsi Pekin üçün müsbət siqnal kimi dəyərləndirilir və bu, ABŞ prezidenti Donald Trampın problemin ciddiliyinə diqqət yetirdiyini göstərir.

Londonda keçiriləcək görüşdə Vaşinqtonun Çindən ABŞ-a nadir torpaq elementlərinin tədarükünün artırılmasını istəməsi planlaşdırılır. Çin nümayəndə heyəti isə ABŞ nümayəndələrindən reaktiv mühərriklər və yarımkeçiricilərlə bağlı texnologiyaların satışının bərpasını tələb edəcək.

Nəşr yazır ki, Çin üçün daha bir vacib məsələ ABŞ-ın mayın 12-də "Huawei Ascend" markalı Çin çiplərindən istifadənin guya riskli olması ilə bağlı verdiyi bəyanatdır. Bu açıqlama ABŞ Maliyyə Nazirliyində bəzi rəsmiləri təəccübləndirib və məyus edib. Buna cavab olaraq Çin Ticarət Nazirliyi 10–11 may tarixlərində Cenevrədə keçirilmiş danışıqlarda əldə olunan razılaşmanın pozulduğunu bəyan edib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Londondakı danışıqlarda Latniklə yanaşı maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir də iştirak edəcək. Çin nümayəndə heyətinə isə Çin Xalq Respublikasının vitse-premyeri He Lifen rəhbərlik edəcək. Çin Xarici İşlər Nazirliyi məlumat verib ki, He Lifen 8–13 iyun tarixləri arasında Böyük Britaniyaya səfər edəcək və bu müddət ərzində ABŞ nümayəndələri ilə ticarət məsələləri üzrə danışıqlar aparacaq.

Məqalədə: #ABŞ #Çin #ABŞ və Çin münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.