7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Dünya liderləri Okean Konfransında görüşəcək

9 İyun 2025 12:48
Dünya liderləri Okean Konfransında görüşəcək

BAKI, AzerVoice

120 ölkədən yüksək səviyyəli nümayəndələr bu gün Fransada Birləşmiş Millətlər Təşkilatının (BMT) üçüncü Okean Konfransı (UNOC3) üçün bir araya gələcək. Bir çox vətəndaş cəmiyyəti təşkilatını bir araya gətirəcək konfransda iqlim dəyişikliyi və insan fəaliyyətləri təhlükəsi altında olan okeanların qorunması istiqamətində atılan addımlar da müzakirə olunacaq.

AzerVoice xəbər verir ki, 9–13 iyun tarixlərində Aralıq dənizinə sahili olan Fransanın Nitsa şəhərində keçiriləcək konfransa Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula fon der Leyen, Aİ Şurasının Prezidenti Antonio Kosta, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas, BMT Baş katibi Antonio Quterreşlə yanaşı, 120-dən çox ölkənin dövlət başçısı, baş naziri və ya yüksək səviyyəli nümayəndəsi qatılacaq.

Konfrans Kosta Rika və Fransanın həmsədrliyi ilə təşkil olunacaq.

Yelisey sarayından verilən açıqlamada bildirilib ki, konfrans iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxması, həddindən artıq balıq ovlanması, qeyri-qanuni balıqçılıq kimi bir sıra təhlükələrlə üzləşən beynəlxalq okean idarəçiliyi üçün "əhəmiyyətli bir dönüş nöqtəsi" olacaq.

Açıqlamada qeyd olunub ki, konfransın məqsədi vətəndaş cəmiyyəti təşkilatlarını, elmi dairələri, özəl sektoru və yerli icmaları bir araya gətirərək "okeanların mühafizəsini davamlı hala gətirmək üçün hərəkətə keçməkdir".

Qeyd edək ki, İlk BMT-nin Okean Konfransı 2017-ci ildə İsveç və Ficinin həmsədrliyi ilə Nyu-Yorkda, ikincisi isə 2022-ci ildə Portuqaliya və Keniyanın rəhbərliyi ilə Lissabonda keçirilib.

Məqalədə: #BMT #Antonio Quterreş #Fransa #Aİ #Kaja Kallas #Okean Konfransı (UNOC3)

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.