5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya- Ukrayna arasında məhbus mübadiləsi həyata keçirilib

9 İyun 2025 16:55
Rusiya- Ukrayna arasında məhbus mübadiləsi həyata keçirilib

BAKI, AzerVoice

Rusiya və Ukrayna arasında İstanbulda razılaşdırılmış məhbus mübadiləsinin ilk mərhələsi başa çatıb.

AzerVoice xəbər verir ki, Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlarda razılaşdırılmış humanitar məhbus mübadiləsinin birinci mərhələsi yekunlaşıb.

Rusiya Müdafiə Nazirliyi 25 yaşdan aşağı olan rus hərbçilərinin ilk qrupunun Ukraynadan geri alındığını təsdiqləyib.

Nazirliyin açıqlamasına görə, məhbuslar hazırda Rusiyanın müttəfiqi olan Belarusda yerləşdirilib və daha sonra reabilitasiya və müalicə məqsədilə Rusiyaya gətiriləcəklər. Lakin geri alınan məhbusların dəqiq sayı açıqlanmayıb.

Digər tərəfdən, Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında etdiyi paylaşımda məhbus mübadiləsinin başladığını təsdiqləyib və bu prosesin yaxın günlərdə bir neçə mərhələ ilə davam edəcəyini bildirib. Onun sözlərinə görə, Ukraynaya qaytarılanlar arasında yaralılar, ağır yaralılar və 25 yaşdan kiçik şəxslər də yer alır.

Zelenski paylaşımında “İstanbul danışıqlarında əldə olunan humanitar razılaşmaların tam şəkildə həyata keçirilməsini gözləyirik. Biz bütün vətəndaşlarımızı geri qaytarmaq üçün səylərimizi davam etdiririk,” – deyə qeyd edib.

Qeyd edək ki, iyunun 2-də Türkiyənin ev sahibliyi ilə İstanbulda baş tutan danışıqlarda Rusiya və Ukrayna arasında 6 min ukraynalı əsgərin donmuş cəsədlərinin təhvil verilməsi, eləcə də ağır yaralı və xəstə əsirlər, eləcə də 25 yaşdan aşağı olan əsir hərbçilərin qarşılıqlı dəyişdirilməsi barədə razılıq əldə olunmuşdu.

Məqalədə: #Türkiyə #Rusiya #Vladimir Putin #Ukrayna #Zelenski #əsir mübadiləsi #Rusiya-Ukrayna münaqişəsi #Rusiya-Ukrayna müharibəsi #İstanbul üçlü görüş

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.