4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Berlində anti-müsəlman hücumlar bir ildə 70% artıb

Almaniyanın paytaxtı Berlində 2024-cü ildə müsəlmanlara qarşı hücum və ayrı-seçkilik hallarında ciddi artım müşahidə edilib.

14 İyun 2025 14:00
Berlində anti-müsəlman hücumlar bir ildə 70% artıb

BAKI, AzerVoice

Berlində müsəlmanlara qarşı hücumlar bir ildə 70 faiz artıb.

AzerVoice xəbər verir ki, Almaniyanın paytaxtı Berlində 2024-cü ildə müsəlmanlara qarşı hücum və ayrı-seçkilik hallarında ciddi artım müşahidə edilib.

İslamofobiya və İslamofobiyaya Qarşı Alyansın (CLAIM) açıqladığı hesabatda qeyd olunur ki, ötən il Berlin şəhərində müsəlmanlara qarşı 644 hücum və diskriminasiya faktı qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə təxminən 70 faiz artım deməkdir.

CLAIM-ın həm-direktoru Rima Hanano mətbuat konfransında çıxış edərək, “Bu rəqəmlər şəhərimiz üçün narahatedici mənzərə ortaya qoyur. Demək olar ki, hər gün Berlində iki anti-müsəlman insident baş verir”, – deyə bildirib.

Hanano, xüsusilə qadınların hücumların əsas hədəfinə çevrildiyini və cinsiyyəti məlum olan halların 64 faizində onların təsirləndiyini vurğulayıb. O, həmçinin bu hadisələrin çoxunun uşaqların gözü qarşısında baş verdiyini qeyd edib.

Hesabata əsasən, diskriminasiya hallarının böyük hissəsi məktəblərdə, yaşayış və iş yerlərində baş verib, daha sonra isə şifahi hücumlar üstünlük təşkil edir.

Hanano real vəziyyətin daha da ciddi ola biləcəyini deyərək, sənədləşdirilmiş insidentlərin gerçək hücumların yalnız bir hissəsini əhatə etdiyini bildirib. O, 7 oktyabr 2023-cü ildən sonra Yaxın Şərqdəki gərginlik fonunda Almaniyada anti-müsəlman ritorikanın və zorakılığın daha da artdığını qeyd edib.

Qeyd edək ki, təxminən 84 milyon əhalisi olan Almaniyada 5,5 milyon müsəlman yaşayır. Almaniya, Fransadan sonra Qərbi Avropada ən çox müsəlman əhaliyə malik ölkə hesab olunur.

Məqalədə: #Almaniya #islamafobiya #anti-İslamçı #Müsəlman qadınların hüquqları #Hicablı qadınlara hücumlar #Müsəlmanlara qarşı hücumlar #Berlin #Berlində müsəlmanlara qarşı hücumlar

Mövzu üzrə digər xəbərlər

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

11:31
Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful
Digər Dövlətlər

Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

24 Avqust 14:23
Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir
Digər Dövlətlər

Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

22 Avqust 19:44
Almaniya XİN rəhbəri Kiyevə gedib
Digər Dövlətlər

Almaniya XİN rəhbəri Kiyevə gedib

22 Avqust 11:27

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.