ABŞ-da müsəlman qızı boğmağa çalışan qadın həbs edildi
ABŞ-ın Texas ştatında məhkəmə 43 yaşlı Elizabet Volf adlı qadını üç yaşlı müsəlman uşağı boğmağa cəhd etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edib. Hadisə 2024-cü ilin may ayında Euless şəhərində yerləşən yaşayış kompleksinin hovuzunda baş verib. Polis məlumatına görə, cinayətin əsas motivi irqçilik zəmnində olub. Məhkəmə sənədlərinə və CBS News ilə Fort Worth Star-Telegram qəzetinin yayımladığı məlumatlara əsasən, hakim Endi Porter Volfu "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə təqsirli bilib və hökm çıxarıb.
İsveçdə məscid yaxınlığında baş verən silahlı hücumda iki nəfər yaralanıb
yerli medianın bildirdiyinə görə, yaralılardan biri məsciddən çıxarkən güllələnib. Polis hadisə ilə bağlı “adam öldürməyə cəhd” maddəsi üzrə araşdırma başladığını açıqlayıb. Hücumun təfərrüatları və şübhəlinin tutulub-tutulmadığı barədə hələlik məlumat verilməyib. Qeyd edək ki, son illərdə İsveçdə silahlı zorakılıq halları və məscidlərə qarşı təxribatlar artmaqdadır
Berlində anti-müsəlman hücumlar bir ildə 70% artıb
Almaniyanın paytaxtı Berlində 2024-cü ildə müsəlmanlara qarşı hücum və ayrı-seçkilik hallarında ciddi artım müşahidə edilib.