4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada uşaqlar su çatışmazlığından həyatlarını itirə bilər - UNICEF

BMT-nin Uşaq Fondu (UNICEF) Qəzzada mövcud yanacaq blokadasının davam etməsinin fəlakətli nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

20 İyun 2025 15:25
Qəzzada uşaqlar su çatışmazlığından həyatlarını itirə bilər - UNICEF

BAKI, AzerVoice

Qəzzada yanacaq blokadası davam etsə, uşaqlar susuzluqdan öləcək.

AzerVoice xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNICEF) Qəzzada mövcud yanacaq blokadasının davam etməsinin fəlakətli nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

Fondun sözçüsü Ceyms Elder bildirib ki, içməli su istehsal edən müəssisələrin əksəriyyəti yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmaq üzrədir və bu, uşaqların susuzluqdan ölüm riski ilə üz-üzə qalması deməkdir.

"Qəzza hazırda texnogen quraqlıqla qarşı-qarşıyadır. 217 su obyektindən yalnız 87-si fəaliyyət göstərir. Qalanlar bir neçə həftə ərzində sıradan çıxacaq. Su, oksigen və xəstəxana generatorları üçün yanacaq həyati əhəmiyyət daşıyır. Əgər blokada aradan qaldırılmasa, bu, uşaqlar üçün ölüm hökmü olacaq", – deyə Elder əlavə edib.

Qeyd edək ki, UNICEF-in məlumatına görə, aprel-may aylarında qida çatışmazlığı səbəbilə müalicə alan uşaqların sayında 50 faizlik artım qeydə alınıb. UNICEF yanacaq təchizatının siyasi səbəblərlə dayandırıldığını və bu vəziyyətin dərhal dəyişdirilməli olduğunu vurğulayıb.

Məqalədə: #Fələstin #Qəzza zolağı #BMT #UNICEF #Susuzluq və aclıq #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.