13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kanada ABŞ-a polad tariflərinə görə cavab verməyə hazırlaşır

Kanadanın baş naziri Mark Karni ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi gömrük rüsumlarının artırılmasına cavab olaraq Ottawa hökumətinin əks tədbirlər görməyə hazır olduğunu bildirib.

20 İyun 2025 15:55
Kanada ABŞ-a polad tariflərinə görə cavab verməyə hazırlaşır

BAKI, AzerVoice

Kanada polad və alüminium tariflərinə görə ABŞ-a qarşı əks tədbirlər hazırlayır.

AzerVoice xəbər verir ki, Kanadanın baş naziri Mark Karni ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi gömrük rüsumlarının artırılmasına cavab olaraq Ottawa hökumətinin əks tədbirlər görməyə hazır olduğunu bildirib.

Karni bu mövqeyini iyulun 21-də danışıqların gedişatından asılı olaraq tariflərin yenidən nəzərdən keçiriləcəyini vurğulamaqla açıqlayıb.

Baş nazir mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp administrasiyasının tarif siyasətinə toxunaraq, “Cavabımızı danışıqların nəticəsinə uyğun şəkildə müəyyənləşdirəcəyik. Kanada polad və alüminium sənayesi işçilərini qorumaqda qərarlıdır,” – deyə qeyd edib.

ABŞ Prezidenti Tramp iyunun 3-də polad və alüminium məhsullarına tətbiq edilən 25 faizlik gömrük rüsumunu 50 faizə qaldıran fərman imzalayıb. İstisna olaraq, İngiltərə ilə imzalanan ticarət sazişinə əsasən bu ölkəyə tətbiq olunan tariflər əvvəlki səviyyədə saxlanılıb.

Digər tərəfdən, Kanadanın ən sıx məskunlaşdığı əyalət olan Ontarionun baş naziri Doug Ford da mərkəzi hökuməti ABŞ-ın proteksionist addımlarına qarşı cavab tədbirləri görməyə çağırıb.

Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət danışıqları hazırda davam edir və polad-alüminium tarifləri ilə bağlı gərginlik iki ölkə arasında iqtisadi münasibətlərə təsir göstərməkdədir.

Məqalədə: #Kanada #Donald Tramp #Kanada və ABŞ gərginliyi #Mark Karni #Gömrük tariflərinin artırılması #Polad və alüminium tarifləri #ABŞ tarifləri 2025

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.