5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Üçüncü Dünya Müharibəsi ehtimalı artır - Putin

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı qlobal təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edib.

21 İyun 2025 12:27
Üçüncü Dünya Müharibəsi ehtimalı artır - Putin

BAKI, AzerVoice

Üçüncü Dünya Müharibəsi ehtimalı artır.

AzerVoice xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı qlobal təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edib.

O, Ukrayna münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və İran ətrafındakı risklərin Üçüncü Dünya Müharibəsi ehtimalını artırdığını bildirib.

Putin, Rusiya ordusunun Ukraynanın Sumı bölgəsindəki hərəkətləri barədə danışaraq, bu bölgədə təhlükəsizlik zonası yaratmaq zərurətindən söz açıb. “Sərhədlərimizə yaxın ərazilərdən davamlı hücumlar olur. Bu səbəbdən həmin zonalarda mövqe tutmaqdan başqa yolumuz qalmayıb” - deyə o qeyd edib.

Putin həmçinin İsrail-İran qarşıdurmasına toxunaraq, İsrailin Ayətullah Xamneyiyə qarşı hədə-qorxusunu “ümid edirəm, bu, sadəcə ritorikadır” sözləri ilə şərh edib. O bildirib ki, Rusiya hər bir ölkənin təhlükəsizliyinin digərinin təhlükəsizliyinə zərər vermədən təmin edilməsinin tərəfdarıdır.

Rusiya prezidentinin sözlərinə görə, Moskva həm İsrail, həm də İranla mütəmadi təmas saxlayır və bölgədəki gərginliyin azaldılması üçün müəyyən ideyalar təqdim edib. “Biz vasitəçi rolunu üzərimizə götürmək istəmirik, lakin təkliflərimizi paylaşmağa hazırıq”- deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti İranın dinc nüvə enerjisi ilə bağlı hüquqlarını dəstəklədiyini, bu məsələdə ölkəsinin mövqeyinin dəyişməz olduğunu bildirib və nüvə obyektləri ətrafındakı durumun təhlükəli inkişaf edə biləcəyinə dair narahatlığını ifadə edib.

Məqalədə: #İsrail #İran #Rusiya #Vladimir Putin #Ukrayna #İsrailin İran strategiyası #İran İsrail münasibətləri #İran-İsrail münasibətləri #İsrail İran hücumu

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.