4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ rəhbəri İranı diplomatiyaya çağırıb

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın elan etdiyi İsrail-İran atəşkəsini alqışlayıb və İranı diplomatik prosesə aktiv şəkildə qoşulmağa çağırıb.

24 İyun 2025 16:07
Aİ rəhbəri İranı diplomatiyaya çağırıb

BAKI, AzerVoice

Aİ rəhbərindən İranla bağlı çağırış- Atəşkəsi fürsətə çevirin, diplomatiyaya qoşulun.

AzerVoice xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın elan etdiyi İsrail-İran atəşkəsini alqışlayıb və İranı diplomatik prosesə aktiv şəkildə qoşulmağa çağırıb.

“Avropa Prezident Trampın atəşkəs elanını alqışlayır. Bu, gərginlik içində olan regionda sabitliyin bərpası üçün mühüm addımdır və bu, bizim ümumi prioritetimiz olmalıdır”- deyə Fon der Leyen sosial media hesabında etdiyi paylaşımda bildirib.

Aİ rəhbəri böhranın yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulayaraq, “İranı etibarlı diplomatik prosesdə ciddi iştirak etməyə çağırırıq”- deyə bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə və ordu rəhbərliyinə qarşı genişmiqyaslı hücumlara başlayıb. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH komandanları və 9 nüvə alimi həlak olub.

İranın Səhiyyə Nazirliyi iyunun 21-də hücumlar nəticəsində 430 mülki vətəndaşın həlak olduğunu, 3500-dən çox insanın yaralandığını açıqlayıb. İsrail tərəfi isə İranın cavab hücumlarında 28 nəfərin öldüyünü, 1272 nəfərin yaralandığını bildirib.

Bölgədəki gərginliyin artmasına başda Türkiyə olmaqla bir çox ölkə reaksiya verib və İsraili qınayıb. ABŞ isə iyunun 22-də İrandakı üç nüvə obyektini hədəfə alıb. Gecə saatlarında ABŞ prezidenti Tramp atəşkəsin əldə olunduğunu açıqlayıb.

Məqalədə: #İsrail #İran #ABŞ #Avropa İttifaqı #Donald Tramp #Ursula fon der Leyen #atəşkəs razılaşması #atəşkəs danışıqları #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.