8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zelenski və Avropa Şurası Ukrayna üçün xüsusi tribunalın yaradılmasına dair razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurası Parlament Assambleyasının Baş katibi Alen Berset iyunun 26-da Strasburqda Ukraynaya qarşı “təcavüz cinayəti” üzrə beynəlxalq xüsusi tribunalın yaradılmasına dair saziş imzalayıblar.

26 İyun 2025 10:44
Zelenski və Avropa Şurası Ukrayna üçün xüsusi tribunalın yaradılmasına dair razılaşdı

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurası Parlament Assambleyasının Baş katibi Alen Berset iyunun 26-da Strasburqda Ukraynaya qarşı “təcavüz cinayəti” üzrə beynəlxalq xüsusi tribunalın yaradılmasına dair saziş imzalayıblar.

AzerVoice xəbər verir ki, tərəflər bildiriblər ki, bu tribunal Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı tammiqyaslı işğal nəticəsində törədilən “sayı-hesabı olmayan hərbi cinayətlərə” görə Rusiya Federasiyasının ali rəhbərliyini məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

Zelenski tribunalın təsis edilməsini “ədalətə aparan real şans” kimi qiymətləndirib və bəyan edib ki, bir gün Rusiya Prezidenti Vladimir Putin də bu tribunal qarşısında cavab verəcək. O, tribunalın Nürnberq və keçmiş Yuqoslaviya üzrə beynəlxalq məhkəmələrin hüquqi irsinə əsaslanaraq, Rusiyanın təcavüzkar siyasətinə cavab olmalı olduğunu bildirib.

“Nürnberq məhkəməsini dünya heç vaxt unutmayacaq. İndi biz eyni ədaləti Rusiyanın Ukraynaya qarşı təcavüzü üçün tələb edirik. Bu cinayət açıq şəkildə mühakimə olunmalıdır”- deyə o bildirib.

Avropa Şurasının baş katibi Alen Berset bildirib ki, bu tribunal BMT Nizamnaməsini pozaraq güc tətbiq edənlərə cavabdehlik daşıtdıracaq ilk beynəlxalq hüquqi mexanizmdir.

Qeyd edək ki, ABŞ tribunal ideyasına əvvəlki prezident Co Baydenin dövründə dəstək versə də, Donald Trampın administrasiyası bu təşəbbüsə qarşı çıxıb.

Məqalədə: #Rusiya #BMT #Vladimir Putin #Avropa Şurası #Ukrayna #Volodimir Zelenski #Rusiya-Ukrayna müharibəsi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.