5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan, İsrail və ABŞ-ın İrana hücumlarını qınayıb

Pakistan, İsrailin İrana qarşı hücumlarını və ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu kəskin şəkildə qınayıb.

30 İyun 2025 21:15
Pakistan, İsrail və ABŞ-ın İrana hücumlarını qınayıb

BAKI, AzerVoice

Pakistan, İsrailin İrana qarşı hücumlarını və ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu kəskin şəkildə qınayıb.

AzerVoice xəbər verir ki, bu barədə Pakistanın baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabad Strateji Araşdırmalar İnstitutunun yaradılmasının 52-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Pakistan Yaxın Şərqdə baş verən son hadisələrdən narahatdır. Biz İsrailin İrana qarşı əsassız təcavüzünü, eləcə də ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu qətiyyətlə pisləyirik. Bu hücumlar BMT Nizamnaməsi ilə beynəlxalq hüququn pozulması deməkdir” – deyə, o bildirib.

İshaq Darın sözlərinə görə, ABŞ və İsrailin hücumları dövlətlərarası münasibətlərə dair qaydaları ciddi şəkildə sarsıdıb və bütün regionu potensial olaraq təsəvvürəgəlməz fəlakətlərə sürükləyib.

Nazir əlavə edib ki, İran bu qarşıdurmada “konstruktiv və praqmatik yanaşma” sərgiləyərək daha da dərinləşə biləcək eskalasiyanın qarşısını alıb.

“Biz bir daha vurğulayırıq ki, bütün maraqlı tərəflər konstruktiv şəkildə qarşılıqlı əlaqə qurmalı, həll olunmamış fikir ayrılıqlarını və münaqişələri dialoq və diplomatiya yolu ilə aradan qaldırmalıdır” – deyə, Dar bəyan edib.

Qeyd edək ki, iyunun 22-də ABŞ, İran və İsrail arasında baş verən qarşıdurmaya qoşularaq İranın "Fordo", "İsfahan" və "Nətənz" nüvə obyektlərinə hücum edib. Buna cavab olaraq, İran iyunun 23-də Qətərin paytaxtı Doha yaxınlığında yerləşən ABŞ-a məxsus Əl-Udeyd hərbi hava bazasına raket zərbəsi endirib. Qətər Silahlı Qüvvələri tərəfindən bildirilib ki, İrandan atılan 19 raketin 18-i havada zərərsizləşdirilib, yalnız biri bazaya düşüb. Hadisə nəticəsində tələfat olmayıb.

Zərbədən qısa müddət sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail və İran arasında atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə olunub.

Məqalədə: #İsrail #İran #Pakistan #İsrail-İran münaqişəsi #Məhəmməd İshaq Dar

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.