8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Somalidə hərbi helikopter qəzaya uğrayıb - ölənlər var

Somalinin paytaxtı Moqadişoda yerləşən beynəlxalq hava limanında döyüş sursatı daşıyan hərbi helikopter qəzaya uğrayıb.

2 İyul 2025 21:06
Somalidə hərbi helikopter qəzaya uğrayıb - ölənlər var

BAKI, AzerVoice

Somalinin paytaxtı Moqadişoda yerləşən beynəlxalq hava limanında döyüş sursatı daşıyan hərbi helikopter qəzaya uğrayıb.

AzerVoice xəbər verir ki, bu barədə helikopterin mənsub olduğu Uqanda ordusunun nümayəndəsi məlumat verib.

Məlumata əsasən, qəza nəticəsində beş nəfər həlak olub, altı nəfər xəsarət alıb.

Ordu nümayəndəsinin sözlərinə görə, yaralananlardan üçü helikopterin yaxınlığında olan şəxslərdir. Helikopterdə ümumilikdə səkkiz nəfər olub, onlardan altısı ekipaj üzvü idi. Pilot, ikinci pilot və bort mühəndisi qəza zamanı sağ qalıb və hazırda xəstəxanada müalicə olunurlar.

Qəzaya uğrayan Mi-24 tipli helikopter Somalinin Aşağı Şabel bölgəsində yerləşən Balidoqle Hərbi Hava Qüvvələri bazasından havaya qalxmış və Moqadişo beynəlxalq hava limanı ərazisinə düşmüşdü. Uqanda ordusunun rəsmi nümayəndəsi Feliks Kulayigi bildirib ki, helikopterdə döyüş sursatları olub. O, helikopterin yerdən atəşə tutulması ehtimalını istisna edib, lakin qəzanın səbəblərini araşdırmaq üçün Moqadişoya mütəxəssislərdən ibarət qrup göndəriləcəyini açıqlayıb.

Somali mediasının verdiyi məlumata görə, qəza zamanı helikopterdə baş verən partlayış yanğına səbəb olub. Qəzaya uğrayan helikopter Afrika İttifaqının Somalidə yerləşdirilmiş sülhməramlı qüvvələrinin tərkibində xidmət edirdi.

Hazırda Moqadişo beynəlxalq hava limanı normal rejimdə fəaliyyətini davam etdirir.

Məqalədə: #Somali #Helikopter qəzası

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.