7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Humanitar yardımı dayandırın, Qəzzanı işğal edin - ifrat sağçı nazir

İsraildə ifrat sağçı nazir Qəzzanın tam işğalına və fələstinlilərin köçürülməsinə çağırış edib.

3 İyul 2025 17:32
Humanitar yardımı dayandırın, Qəzzanı işğal edin - ifrat sağçı nazir

BAKI, AzerVoice

İsraildə ifrat sağçı nazir Qəzzanın tam işğalına və fələstinlilərin köçürülməsinə çağırış edib.

AzerVoice xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvir atəşkəs təşəbbüslərinin gündəmdə olduğu bir vaxtda radikal mövqe sərgiləyərək “bütün Qəzzanın işğalı, humanitar yardımın dayandırılması və fələstinlilərin məcburi köçürülməsi” çağırışı ilə çıxış edib.

İsrail Ordusu Radiosuna danışan Ben-Qvir, HƏMAS-la atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmaları “dəhşətli səhv” adlandıraraq, “Bir an belə dayanmaq olmaz. Mütləq qələbə qazanmalı, bütün Qəzzanı işğal etməli və yardım axınını dayandırmalıyıq.” - deyə bildirib.

Ben-Qvir dövlət televiziyası KAN-a verdiyi açıqlamada da eyni mövqeni təkrar edib və bu cür razılaşmaları dəstəkləməyəcəyini vurğulayıb. İsrail mediasına görə, o, atəşkəsin qarşısını almaq üçün planlar hazırlayır və maliyyə naziri Bezalel Smotriçə də bu istiqamətdə mesajlar göndərib.

Bu arada, HƏMAS və İsrail arasında atəşkəs müzakirələri davam etsə də, İsrail ordusunun Qəzzaya intensiv hücumları dayanmır. Fələstin Səhiyyə Nazirliyi son 24 saatda 118 nəfərin, o cümlədən qadın və uşaqların həlak olduğunu, 500-dən çox insanın yaralandığını bildirib. 7 oktyabr 2023-cü ildən bəri ölən fələstinlilərin sayı 57 min 130 nəfəri ötüb.

İfrat sağçı nazir Ben-Qvir və maliyyə naziri Smotriç daha əvvəl də atəşkəsə qarşı çıxış etmişdilər. Ben-Qvir bu ilin əvvəlində razılaşma qüvvəyə mindikdən sonra partiyasının hökumətdən istefa verdiyini açıqlamışdı. Smotriç isə müqaviləyə qarşı olduğunu bildirsə də, hökumətdə qalmağa davam edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin 60 günlük atəşkəs üçün zəruri şərtləri qəbul etdiyini bəyan edib. O, bu müddətdə müharibəni sona çatdırmaq üçün tərəflərlə işləyəcəklərini vurğulayıb. Netanyahu ilə Trampın iyulun 7-də Vaşinqtonda görüşü planlaşdırılıb və bu görüşdə Qəzza və İranla bağlı məsələlər müzakirə olunacaq.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #Donald Tramp #HƏMAS #Ben Qvir #ifrat sağçı #Betsalel Smotriç planları #İsrail və Qəzza #Betsalel Smotriç

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.