5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada xəstəxanalar fəaliyyətini dayandırır

Qəzza zolağında yanacaq çatışmazlığı səbəbindən Şifa Tibb Kompleksinin bir sıra bölmələrində elektrik enerjisinin kəsilməsi xəstələr və yaralılar üçün fəlakətli nəticələrə səbəb ola bilər.

9 İyul 2025 09:30
Qəzzada xəstəxanalar fəaliyyətini dayandırır

BAKI, AzerVoice

Qəzzada Şifa xəstəxanası elektrik enerjisiz qalıb – səhiyyə sistemi tam çökmək üzrədir.

AzerVoice xəbər verir ki, Qəzza zolağında yanacaq çatışmazlığı səbəbindən Şifa Tibb Kompleksinin bir sıra bölmələrində elektrik enerjisinin kəsilməsi xəstələr və yaralılar üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Fələstin hökumətinin media ofisinin rəhbəri İsmayıl əl-Savabite Anadolu Agentliyinə açıqlamasında, vəziyyəti "insanlığa qarşı cinayət" adlandırıb və bunun İsrailin blokadasının və tibbi təchizatlara qoyulan məhdudiyyətlərin doğurduğu sağlamlıq böhranının miqyasını ortaya qoyduğunu bildirib.

Əl-Savabite qeyd edib ki, Qəzzanın ən böyük xəstəxanası olan Şifa, hələ də çətin şəraitdə fəaliyyətini davam etdirən cəmi beş dövlət xəstəxanasından biridir. O əlavə edib ki, ümumilikdə 16 dövlət xəstəxanasından yalnız beşi qismən işləyir, digərləri isə ya birbaşa hədəfə alınıb, ya da təchizatın qarşısı alınıb və fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb.

O, səhiyyə sisteminin artıq çökmə astanasında olduğunu bildirərək, dərman və tibbi ləvazimat çatışmazlığının fəlakətli səviyyəyə çatdığını vurğulayıb. Əl-Savabite həmçinin bildirib ki, bütün xəstəxanalar hazırda sonuncu yanacaq partiyasından istifadə edir və bu ehtiyatlar 48 saat belə kifayət etmir.

Qeyd edək ki, iyulun 7-də Əqsa Şəhidləri Xəstəxanası əsas generatorun dayanması və yanacağın tükənməsi səbəbindən fəaliyyətini tamamilə dayandırıb. Bu hadisə Qəzza səhiyyə sisteminin tam çökməsi və minlərlə xəstə və yaralının həyati təhlükə ilə üz-üzə qalmasının xəbərdaredici əlaməti kimi dəyərləndirilir.

Əl-Savabite beynəlxalq ictimaiyyəti təcili şəkildə müdaxilə etməyə və səhiyyə sektorunun çöküşünün qarşısını almağa çağırıb.

Məqalədə: #Qəzza zolağı #Şifa xəstəxanası #səhiyyə xidməti #Qəzza hücumu #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #səhiyyə böhranı

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.