8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniyanın bu şirkəti kiberhücuma məruz qalıb

Kiberhücum nəticəsində bəzi müştəri məlumatları oğurlanıb

11 İyul 2025 18:12
Britaniyanın bu şirkəti kiberhücuma məruz qalıb

BAKI, AzerVoice

Böyük Britaniyada fəaliyyət göstərən "LVMH Moet Hennessy Louis Vuitton SA" şirkətinin bölməsi kiberhücuma məruz qalıb.

AzerVoice-un məlumatına görə, kiberhücum nəticəsində bəzi müştəri məlumatları oğurlanıb.

Şirkət müştərilərinə bildirib ki, "Louis Vuitton UK" sistemlərinə icazəsiz giriş 2 iyul tarixində baş verib. Hakerlər istifadəçilərin adlarına, əlaqə məlumatlarına və alış-veriş tarixçəsinə çıxış əldə ediblər. Bununla belə, hakerlər maliyyə məlumatları, o cümlədən bank hesablarına dair məlumatlara nəzarət əldə edə bilməyib.

“Hazırda sizin məlumatlarınızın sizə zərər vermək üçün istifadə olunduğuna dair sübut olmasa da, mümkün fişinq cəhdləri, fırıldaqçılıq və ya məlumatlarınızdan icazəsiz istifadə barədə xəbərdar edirik” – deyə, "LVMH"nin müştərilərə müraciətində qeyd olunub.

Şirkət bu kiberhücumla bağlı müvafiq dövlət qurumlarını da məlumatlandırıb.

Qeyd edək ki, bu, "LVMH" qrupuna qarşı son aylarda həyata keçirilən üçüncü kiberhücumudur. Belə ki, keçən həftə "Louis Vuitton Korea" bölməsi də müştəri məlumatlarının oğurlandığı oxşar hadisəni araşdırdığını açıqlayıb.

May ayında isə "LVMH"yə məxsus "Christian Dior Couture" brendi də kiberhücumla üzləşdiyini bildirmişdi.

Xatırladaq ki, bu ilin əvvəlində Böyük Britaniyanın moda pərakəndə satış şəbəkəsi "Marks & Spencer" də miqyaslı bir kiberhücumun qurbanı olmuşdu. Şirkət həmin hücumun nəticələrini 300 milyon funt sterlinq dəyərində qiymətləndirib.

"LVMH"nin səhmləri cümə günü keçirilən ticarət sessiyasında 2,7 faiz dəyər itirib.

Məqalədə: #Böyük Britaniya #kiber hücum #Kiberhücumlar #LVMH #kiberhücum

Mövzu üzrə digər xəbərlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib

7 Sentyabr 09:54
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.