5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada aclıqdan həlak olan uşaqların sayı 68-ə çatıb

İsrailin Qəzza zolağında tətbiq etdiyi mühasirə nəticəsində aclıqdan ölən fələstinli uşaqların sayı 68-ə çatıb.

14 İyul 2025 10:13
Qəzzada aclıqdan həlak olan uşaqların sayı 68-ə çatıb

BAKI, AzerVoice

İsrailin Qəzza zolağında tətbiq etdiyi mühasirə nəticəsində aclıqdan ölən fələstinli uşaqların sayı 68-ə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Eyni zamanda, mühasirə zamanı yeddi aylıq bir körpənin müalicə olunduğu halda aclıqdan həyatını itirdiyi bildirilib.

Qəzza hakimiyyət orqanları ötən həftənin sonunda açıqlama verərək, İsrailin Qəzza zolağına qarşı başladığı müharibədən bəri ən azı 67 uşağın aclıq səbəbilə həlak olduğunu bildirmişdi.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) isə iyun ayında Qəzzada 5 800-dən çox uşağın qidalanma çatışmazlığına məruz qaldığını, onlardan mindən çoxunun isə ağır vəziyyətdə olduğunu açıqlayıb.

"Bu, sadəcə qida böhranı deyil. Bu, uşaqların sağ qalması üçün fövqəladə vəziyyətdir" - deyə, UNICEF-in bəyanatında bildirilib.

UNICEF, BMT-nin Dünya Qida Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və Humanitar Əlaqələndirmə İdarəsi (OCHA) də daxil olmaqla 7 beynəlxalq təşkilatla birlikdə ortaq bəyanat verərək xəbərdarlıq ediblər ki, İsrailin Qəzzaya yanacaq tədarükünə tətbiq etdiyi qadağa nəticəsində xəstəxanalar bağlana bilər, o cümlədən təcili yardım maşınları, sanitariya xidmətləri və su təchizatı sistemləri də fəaliyyətini dayandıra bilər.

"Bu, tibbi xidmətlərin, təmiz suyun və yardım çatdırılmasının olmaması deməkdir. Həyatların xilas edilməsi üçün lazım olan əməliyyatların davam etdirilməsi məqsədilə Qəzzaya kifayət qədər yanacağın fasiləsiz şəkildə daxil olmasına icazə verilməlidir" - deyə, bəyanatda qeyd olunub.

Məqalədə: #Qəzza zolağı #humanitar yardım #uşaq ölümü #Uşaq ölümü Qəzza #Qəzza humanitar böhranı #Qəzzada uşaq ölümü

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.