4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Melaniya Trampın sözləri ABŞ-ın Ukrayna siyasətində mühüm rol oynayır

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinlə bağlı xəbərdarlıqlarının onun mövqeyinə ciddi təsir etdiyini bildirib.

15 İyul 2025 10:33
Melaniya Trampın sözləri ABŞ-ın Ukrayna siyasətində mühüm rol oynayır

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinlə bağlı xəbərdarlıqlarının onun mövqeyinə ciddi təsir etdiyini bildirib.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti bu fikirlərini NATO-nun yeni baş katibi Mark Rutte ilə iyunun 14-də baş tutan görüşdən sonra bölüşüb.

O deyib ki, Putinin verdiyi vədlərə baxmayaraq, Melaniya Rusiyanın hücumlarının davam etdiyini xatırladaraq , ona real vəziyyəti göstərib.

Fox News-un məlumatına görə, Tramp Melaniyanın Rusiya ilə bağlı “həqiqətləri” dilə gətirməsinin onun Ukrayna siyasətində ayıq qərarlar verməsinə kömək etdiyini deyib.

Xatırladaq ki, ötən həftəki açıqlamasında Tramp , Putin Ukraynadakı müharibəni dayandırmasa, 50 gün sonra Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq ediləcəyini bildirib. Əlavə olaraq, NATO ölkələrinin Ukraynaya silah dəstəyi artırılacaq.

Rusiya atəşkəsə razılıq verməsə, Trampın sözlərinə görə, 100 faizlik tariflər gündəmə gətiriləcək. Bu bəyanat ABŞ-ın Ukraynaya daha güclü dəstək verməyə hazırlaşdığını göstərir.

NATO baş katibi Mark Rutte də Ukraynaya dəstəyin artacağını bəyan edib. O, Almaniya, Finlandiya və Skandinaviya ölkələri, eləcə də Kanada ilə bu istiqamətdə əməkdaşlığın davam etdiyini bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorius da ABŞ-ın müdafiə naziri Pit Heqset ilə keçirdiyi görüşdə ölkəsinin Kiyevə Patriot sistemləri üçün maliyyə dəstəyi verəcəyini açıqlayıb. “Avropanın təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımağa hazırıq,” – deyə Pistorius bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski də Trampla son telefon danışığından sonra təşəkkür edib. “Çox yaxşı söhbət oldu,” – deyə Telegram üzərindən paylaşım edən Zelenski, Trampın NATO baş katibi ilə dialoqu barədə məlumat verdiyini bildirib. “Sülh üçün bütün imkanlarımızı səfərbər edəcəyik,” – deyə o əlavə edib.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Zelenski #NATO #Tramp administrasiyası #NATO baş katibi Mark Rutte #Melaniya Tramp

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.