7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ Gürcüstanla vizasız rejimi ləğv edə bilər

Bu gün Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin iclasında Gürcüstanla vizasız rejimin ləğv olunması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.

15 İyul 2025 10:48
Aİ Gürcüstanla vizasız rejimi ləğv edə bilər

BAKI, AzerVoice

Bu gün Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin iclasında Gürcüstanla vizasız rejimin ləğv olunması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.

AzerVoice xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ Gürcüstan hakimiyyətinin, xüsusilə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının dinc etiraz aksiyalarını dağıltması fonunda vizasız rejimin dayandırılmasını Tbilisiyə təzyiq vasitəsi kimi nəzərdən keçirir. Lakin Aİ uzun müddət bu addımı atmaqdan çəkinib, çünki təşkilat daxilində bir neçə ölkə bu cür tədbirlərə qarşı çıxıb.

Qeyd edək ki, Gürcüstanda genişmiqyaslı etirazlar ötən il noyabrın 28-də başlayıb. İlk həftə gərgin keçib, Tbilisidə bəzi nümayişçilər polisə qarşı pirotexniki vasitələrdən istifadə edib, cavab olaraq təhlükəsizlik qüvvələri onlara qarşı gözyaşardıcı qaz tətbiq edib. Gecə boyunca davam edən toqquşmalardan sonra xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıblar.

Etirazlara səbəb Baş nazir İrakli Kobaxidzenin “Gürcü Arzusu” partiyasının Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər gündəmə salmayacağı və Aİ-nin büdcə qrantlarından imtina edəcəyi barədə bəyanatı olub. O, bu qərarı Aİ-nin Gürcüstan parlamentində qəbul edilmiş bir sıra qanunların ləğvini tələb etməsi, üzvlük dialoqu ilə bağlı davamlı şantaj və hökumətə qarşı sanksiyalar çağırışları ilə əsaslandırıb.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Gürcüstan #İrakli Kobaxidze #vizasız rejim #İrakli Kobaxidze və Aİ siyasəti

Mövzu üzrə digər xəbərlər

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Cəmiyyət

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

27 Avqust 18:37
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb
Neft və qaz

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

17 Avqust 15:54
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Neft və qaz

Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

13 Avqust 16:23
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub
Cəmiyyət

Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

3 Avqust 11:19

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.