7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin yeni hərbi addımı - Magen Oz dəhlizi Xan Yunisi bölür

İsrail ordusu Qəzza zolağının ikinci böyük şəhəri olan Xan Yunisini şərqdən qərbə ayıran 15 kilometrlik “Magen Oz dəhlizi”nin tikintisini başa çatdırdığını açıqlayıb.

16 İyul 2025 12:46
İsrailin yeni hərbi addımı - Magen Oz dəhlizi Xan Yunisi bölür

BAKI, AzerVoice

İsrail ordusu Qəzzada "Magen Oz" dəhlizini tamamlamaqla Xan Yunisi bölür.

AzerVoice xəbər verir ki, İsrail ordusu Qəzza zolağının ikinci böyük şəhəri olan Xan Yunisini şərqdən qərbə ayıran 15 kilometrlik “Magen Oz dəhlizi”nin tikintisini başa çatdırdığını açıqlayıb.

Dəhliz Rəfah və Xan Yunisi ayıran Moraq dəhlizinə birləşir və bölgədə İsrailin hərbi əməliyyatlarına yeni istiqamət verir.

Ordunun məlumatına görə, quru və zirehli qüvvələrin iştirakı ilə açılan bu dəhliz Qəzzanın cənubundakı hərbi strategiyanın əsas elementlərindən biri kimi nəzərdə tutulur. Yerli KİV-lər bu addımı İsrailin Qəzza zolağını hissələrə bölmə planının bir hissəsi və atəşkəs danışıqları zamanı təzyiq vasitəsi kimi şərh edir.

Xatırladaq ki, İsrailin Qəzzadakı son hücumları nəticəsində aralarında uşaqların da olduğu 13 fələstinli həyatını itirib. Xəstəxana mənbələri və şahidlərin verdiyi məlumata görə, İsrail ordusu səhər saatlarında məcburi köçkünlərə sığınacaq verən ev və çadırları hədəfə alıb. Xan Yunisin Mavasi bölgəsində yerləşən çadır düşərgəsinə edilən hava hücumu nəticəsində üçü uşaq olmaqla səkkiz nəfər həlak olub. Nusayrat Qaçqınlar Düşərgəsində mənzil və qəhvəxanaya endirilən hava zərbəsi nəticəsində isə üç nəfər ölüb. Sabra məhəlləsindəki bir evə edilən hücumda daha iki nəfərin öldüyü bildirilir.

Digər tərəfdən, Qəzzada atəşkəs danışıqları hələ də davam edir. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada aparılan görüşlərin birbaşa deyil, ayrı-ayrılıqda keçirildiyini və prosesin hələ ilkin mərhələdə olduğunu bildirib. O, razılaşmanın ümumi çərçivəsi üzərində müzakirələrin aparıldığını, lakin detallar üzrə razılığın hələ əldə olunmadığını qeyd edib.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və onun komandasının Dohaya səfəri gözlənilsə də, dəqiq tarix hələ açıqlanmayıb.

Qeyd edək ki, HƏMAS atəşkəs və əsir mübadiləsi razılaşması təklifinə müsbət cavab verib və danışıqlara açıq olduğunu bildirib. Lakin İsrail tərəfi Qətərin təklifində edilən bəzi düzəlişlərin qəbuledilməz olduğunu vurğulayıb. Müzakirələrə baxmayaraq, Təl-Əvivin Rəfah və Xan Yunisi ayıran Moraq və “Magen Oz” dəhlizləri üzərində nəzarəti davam etdirmək niyyətində israr etdiyi bildirilir.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #Qətər #Donald Tramp #Doha #Qəzza münaqişəsi #Qəzzada humanitar böhran #İsrail Fələstin münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

6 Sentyabr 19:34
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.