5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ərəb ölkələri Suriya hücumlarına qarşı İsrailə sərt reaksiya verib

İsrailin Suriyanın paytaxtı Dəməşqə və digər bölgələrə həyata keçirdiyi son hava hücumları geniş beynəlxalq qınağa səbəb olub.

17 İyul 2025 09:57
Ərəb ölkələri Suriya hücumlarına qarşı İsrailə sərt reaksiya verib

BAKI, AzerVoice

Ərəb ölkələri və beynəlxalq təşkilatlar İsrailin Suriyaya hücumlarını pisləyib.

AzerVoice xəbər verir ki, İsrailin Suriyanın paytaxtı Dəməşqə və digər bölgələrə həyata keçirdiyi son hava hücumları geniş beynəlxalq qınağa səbəb olub.

Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Əlcəzair, İraq və digər ərəb ölkələri ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ), Ərəb Liqası, Dünya Müsəlman Alimlər Birliyi və Hizbullah hücumları kəskin şəkildə pisləyib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yaydığı rəsmi açıqlamada İsrailin Suriyaya qarşı davam edən hərbi əməliyyatlarının və ölkənin daxili işlərinə müdaxiləsinin beynəlxalq hüquq və 1974-cü il qüvvələr bölgüsü sazişini pozduğunu bildirib. Riyad Suriya hökumətinin sabitlik və təhlükəsizlik istiqamətində atdığı addımları dəstəklədiyini, beynəlxalq ictimaiyyəti isə Suriyanın yanında olmağa çağırıb.

İsrailin iyulun 15-də Suriya ərazisinə endirdiyi hava zərbələrini pisləyən Küveyt hökuməti, BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti məsuliyyət daşımağa və hücumların qarşısını almağa çağırıb. Qeyd olunub ki, Küveyt Suriyanın suverenliyi və sabitliyinə tam dəstək verir.

Misir Xarici İşlər Nazirliyinin bəyanatında İsrailin həm Suriya, həm də Livan ərazilərinə yönəltdiyi hücumlar beynəlxalq hüququn və BMT qətnamələrinin pozulması kimi qiymətləndirilib. Qahirə Suriya və Livanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Dəməşq və Sveyda şəhərlərində dövlət və mülki obyektləri hədəf alan hücumlar Əlcəzair tərəfindən sərt şəkildə qınanıb. Açıqlamada hücumların Yaxın Şərqdə gərginliyi artırdığı və İsrailin hegemonluq cəhdlərinin bir hissəsi olduğu bildirilib.

Iraq İsrailin Suriyanın paytaxtına təşkil etdiyi hava hücumlarını “beynəlxalq hüququn açıq şəkildə pozulması” adlandırıb. Hücumların Suriyalı mülki əhaliyə risk yaratdığı və bölgədə sabitliyi pozduğu vurğulanıb.

Körfəz Əməkdaşlıq Şurası baş katibi Casim Məhəmməd əl-Budeivi hücumların beynəlxalq hüququn pozulması olduğunu bildirərək, bu cür təxribatların regionda sabitliyə ciddi təhdid yaratdığını qeyd edib. O, Suriyanın suverenliyinə hər hansı xarici müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.

Ərəb Liqası Təşkilatı İsrailin Suriyaya qarşı hərbi əməliyyatlarını beynəlxalq sistemə və hüquqa açıq etinasızlıq kimi dəyərləndirib. Liqa hücumların dərhal dayandırılmasını tələb edərək, Suriyanın ərazi bütövlüyünə tam dəstəyini ifadə edib.

Dünya Müsəlman Alimlər Birliyi təcili sammitin keçirilməsi və iqtisadi-hərbi koalisiyanın yaradılması çağırışı edib. Açıqlamada hücum “millətin ləyaqətinə və vicdanına açıq təcavüz” kimi qiymətləndirilib.

Livanın Hizbullah təşkilatı İsrailin Suriyaya qarşı hücumlarının Fələstin, Livan və Yəməndəki təxribatların davamı olduğunu bəyan edib. Onlar İsrailin “regionda parçalanma yaratmaq” niyyətində olduğunu bildiriblər və islam ölkələrini ayıq olmağa çağırıblar.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri iyulun 13-də Suriyanın paytaxtı Dəməşqdə yerləşən hərbi qərargaha hava zərbələri endirdiyini açıqlayıb. Hücumlar günorta saatlarında həyata keçirilib və obyekt bir neçə dəfə hədəf alınıb.

Məqalədə: #İsrail #Küveyt #Səudiyyə Ərəbistanı #Misir #Əlcəzair #İraq #Ərəb Liqası #Suriya #Hizbullah #Körfəz Əməkdaşlıq Şurası #Dünya Müsəlman Alimlər Birliyi #Ərəb ölkələri #Ərəb ölkələrinin birgə fəaliyyəti #İsrail Suriyada hərbi əməliyyatlar

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.