5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya İsrailin Suriyaya Hava Hücumlarını Pisləyib

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi İsrailin Suriyaya qarşı həyata keçirdiyi son hava hücumlarını sərt şəkildə pisləyib.

17 İyul 2025 14:21
Rusiya İsrailin Suriyaya Hava Hücumlarını Pisləyib

BAKI, AzerVoice

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi İsrailin Suriyaya qarşı həyata keçirdiyi son hava hücumlarını sərt şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, nazirliyin rəsmi bəyanatında qeyd olunur ki, bu hücumlar Suriyanın suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozur və buna görə də qəti şəkildə qınanmalıdır.

Rusiya XİN-in açıqlamasında bildirilib ki, Suriya ərazisində baş verən hadisələr xüsusilə narahatlıq doğurur.

“İsrailin Suriya ərazisindəki hərbi əməliyyatları, bu ölkənin suverenliyinə və beynəlxalq hüququn prinsiplərinə ziddir. Moskva, Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini bir daha bəyan edir”- deyə nazirlikdən bildirilib.

Nazirlik, həmçinin, hücumlar nəticəsində Rusiya vətəndaşlarının zərər görmədiyini qeyd edərək, rus vətəndaşlarının təhlükəsizliyinin əsas olduğunu vurğulayıb.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın cənubundakı Süveyda vilayətində Bədəvi ərəb tayfaları ilə Dürzi silahlı qrupları arasında qarşıdurmalar başlayıb. Gərginliyin artması səbəbilə Suriya hökuməti bölgəyə təhlükəsizlik qüvvələri göndərib. Dürzi qrupların hücumları nəticəsində onlarca hökumət hərbçisi həlak olub.

İlk mərhələdə əldə edilən atəşkəs qısa müddət sonra pozulub. Ardınca İsrail ordusu Suriya təhlükəsizlik qüvvələrinə qarşı bir sıra hava hücumları həyata keçirib.

16 iyulda İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə yerləşən Prezident Administrasiyası, Baş Qərargah və Müdafiə Nazirliyi binalarını bombalayıb. Eyni gün İsrail qırıcıları Şam və Dəra şəhərlərinə də hücumlar təşkil edib.

Süveydada həmin gün hökumət qüvvələri ilə yerli silahlı qruplar arasında yenidən atəşkəs əldə olunsa da, ümumilikdə bölgədəki vəziyyət qeyri-sabit olaraq qalır. Rəqəmsal təsbitlərə görə, toqquşmalar və hava hücumları nəticəsində yüzlərlə insanın həyatını itirdiyi ehtimal olunur.

Məqalədə: #İsrail #Rusiya #Rusiya XIN #Suriya #Dəməşq #İsrail Suriyada hava hücumları #İsrail Suriyada hərbi əməliyyatlar #İsrail Suriya hücumu #İsrailin Süveyda müdaxiləsi

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.