8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

25 ölkənin XİN rəhbərləri İsraili Qəzzadakı müharibəni dayandırmağa çağırıblar

25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) bərabərlik və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və əraziyə humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.

21 İyul 2025 18:09
25 ölkənin XİN rəhbərləri İsraili Qəzzadakı müharibəni dayandırmağa çağırıblar

BAKI, AzerVoice

25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) bərabərlik və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və əraziyə humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.

AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan birgə bəyanatda deyilir.

“Biz sadə və təxirəsalınmaz bir çağırış ətrafında birləşirik: Qəzzadakı müharibə dərhal dayandırılmalıdır. İsrail hökumətinin istifadə etdiyi humanitar yardım çatdırılma modeli təhlükəlidir, qeyri-sabitliyi dərinləşdirir və Qəzza sakinlərini insan ləyaqətindən məhrum edir. Biz İsrail hökumətini humanitar yardımın çatdırılmasına qoyduğu məhdudiyyətləri dərhal aradan qaldırmağa və BMT ilə humanitar qeyri-hökumət təşkilatlarının fəaliyyətini təhlükəsiz və effektiv şəkildə yerinə yetirməsinə təcili olaraq şərait yaratmağa çağırırıq” – deyə, bəyanatda qeyd olunub.

Sənədi Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, İslandiya, İrlandiya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Fransa, İsveçrə, İsveç, Estoniya və Yaponiyanın xarici işlər nazirləri, həmçinin adıçəkilən Aİ komissarı imzalayıblar.

Qeyd edək ki, İsrail ordusu dünən Deyr əl-Bəlahın böyük bir hissəsi üçün köç əmrini elan etdikdən sonra minlərlə fələstinli bir gecədə bölgəni tərk etmək məcburiyyətində qalıb. Qəzzada davam edən hücumlar humanitar böhranı daha da dərinləşdirir.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Kanada #Fransa #Böyük Britaniya #Avropa İttifaqı (Aİ) #İsveç #Latviya #Niderland #İtaliya #İspaniya #Belçika #Estoniya #Yaponiya #Polşa #Litva #Norveç #Avstraliya #Portuqaliya #Danimarka #İslandiya #Finlandiya #Yeni Zelandiya #İrlandiya #Avstriya #İsveçrə #Sloveniya #Lüksemburq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Avropa ölkələri

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.