5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vasitəçi ölkələr İsrail və HƏMAS-a təzyiq göstərir

Qətər, Misir və ABŞ İsrail və HƏMAS-a yaxın günlərdə Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı razılaşma imzalamaq üçün təzyiq göstərir.

22 İyul 2025 18:21
Vasitəçi ölkələr İsrail və HƏMAS-a təzyiq göstərir

BAKI, AzerVoice

Qətər, Misir və ABŞ İsrail və HƏMAS-a yaxın günlərdə Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı razılaşma imzalamaq üçün təzyiq göstərir.

AzerVoice xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı fələstinli mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, vasitəçilər tərəflərə yaxın günlərdə Qəzzə ilə bağlı razılaşma əldə etmək üçün təzyiq göstərirlər. Lakin onlar qeyd ediblər ki, hazırda Dohada keçirilən məsləhətləşmələrdə HƏMAS və İsrail nümayəndələri İsrail ordusunun Qəzza zolağında tutduğu mövqelərdən geri çəkilməsi məsələsində hələ razılığa gələ bilməyiblər. Eyni zamanda, mənbələrə görə, Fələstin tərəfi humanitar yardımın Qəzza zolağına yalnız BMT sisteminə daxil olan təşkilatlar vasitəsilə çatdırılmasında israr edir.

Qeyd edək ki, iyulun 6-da HƏMAS və İsrail Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada atəşkəsin əldə olunması və Qəzzada saxlanılan israilli girovların azad olunmasına dair danışıqları yenidən bərpa ediblər.

İyulun 15-də Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər tərəflərlə çərçivə razılaşmasının əldə olunması üçün işləyirlər və bu razılaşma danışıqların növbəti mərhələsinə keçidi mümkün edəcək.

Bazar ertəsi isə HƏMAS-a yaxınlığı ilə tanınan "Maan" agentliyi atəşkəs razılaşmasının bu həftə və ya gələn həftənin əvvəlində imzalana biləcəyini bildirib.

Məqalədə: #İsrail #Qəzza zolağı #HƏMAS #əsir mübadiləsi #Qətər vasitəçiliyi #Girov mübadiləsi danışıqları #Qətər Qəzza atəşkəs vasitəçiliyi #ABŞ vasitəçiliyi #Qətər və Misir vasitəçiliyi #danışıqlar #Qətər vasitəçilik rolu #Qətər və HƏMAS vasitəçiliyi #HƏMAS və Misir vasitəçiliyi #İsrail-HƏMAS danışıqları

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.