6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ Zelenskidən yeni qanun layihəsi ilə bağlı izahat tələb edib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna prezidenti Volodimir Zelenskidən ölkənin iki əsas antikorrupsiya qurumu — NABU (Milli Antikorrupsiya Bürosu) və SAP-ın (Xüsusi Antikorrupsiya Prokurorluğu) müstəqilliyinin məhdudlaşdırılması ilə bağlı izahat tələb edib.

23 İyul 2025 18:57
Aİ Zelenskidən yeni qanun layihəsi ilə bağlı izahat tələb edib

BAKI, AzerVoice

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna prezidenti Volodimir Zelenskidən ölkənin iki əsas antikorrupsiya qurumu — NABU (Milli Antikorrupsiya Bürosu) və SAP-ın (Xüsusi Antikorrupsiya Prokurorluğu) müstəqilliyinin məhdudlaşdırılması ilə bağlı izahat tələb edib.

AzerVoice xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

“Ursula fon der Leyen qanunvericiliyə edilən düzəlişlərin nəticələrindən dərin narahatlığını ifadə edib və Ukrayna hökumətindən bununla bağlı açıqlama istəyib” – deyə, Aİ nümayəndəsi Giyom Mersye bildirib.

Xatırladaq ki, ötən gün Ukrayna Ali Radası bu iki qurumun fəaliyyətini məhdudlaşdıran qanun layihəsini qəbul edib. Zelenski bu qanunu imzalayıb. Yeni qanuna əsasən, NABU və SAP artıq Baş Prokurorun qərarlarından asılı vəziyyətə düşür. Baş prokuror NABU-nun bütün istintaq işlərinə çıxış əldə edir, detektivlərə icrası məcburi göstərişlər verə və işlər üzrə istintaq səlahiyyətini dəyişə bilər.

NABU və SAP-a qarşı təzyiqlər bu qurumların bəzi əməkdaşlarına qarşı dövlətə xəyanət, Rusiya ilə əlaqələr və korrupsiya şübhələri ilə izah olunur.

NABU-nun müstəqilliyinin məhdudlaşdırılması Ukraynada etirazlara səbəb olub. Bir sıra böyük şəhərlərdə aksiyalar keçirilib. Kiyev meri Vitali Kliçko da etirazlara qoşulub və yeni qanunun müəlliflərini “Ukraynanı avtoritarizmə sürükləməkdə” ittiham edib.

"Financial Times" nəşrinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Antoniu Koşta Zelenski ilə əlaqə saxlayaraq onu bu qanuna dair qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.

Məqalədə: #Rusiya #Fransa #Avropa İttifaqı (Aİ) #Avropa Şurası #Ukrayna #Emmanuel Makron #Avropa Komissiyası #Volodimir Zelenski #Ursula fon der Lyayen #Antonio Kosta #Qanun layihəsi

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.