7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya uzaqmənzilli zərbə PUA-larının hazırlanmasına başlayır

Layihədə Airbus Defence şirkəti ABŞ mənşəli Kratos startapı ilə birgə, Rheinmetall isə Anduril adlı dron istehsalçısı ilə əməkdaşlıq edir. Həmçinin Münhendə yerləşən Helsing startapı da layihəyə cəlb olunub.

31 İyul 2025 08:06
Almaniya uzaqmənzilli zərbə PUA-larının hazırlanmasına başlayır

BAKI, AzerVoice

Almaniya, düşmənin dərin arxa mövqelərindəki hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş uzaqmənzilli zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması üzrə layihəyə start verir. AzerVoice xəbər verir ki,bu barədə Almaniyanın nüfuzlu "Handelsblatt" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, layihə çərçivəsində üç fərqli konsorsium Almaniya Hərbi-Hava Qüvvələrinin aparıcı müdafiə şirkətləri və texnologiya startaplarına göndərdiyi sorğudan sonra müvafiq konsepsiyalar üzərində işləyir.

Layihədə Airbus Defence şirkəti ABŞ mənşəli Kratos startapı ilə birgə, Rheinmetall isə Anduril adlı dron istehsalçısı ilə əməkdaşlıq edir. Həmçinin Münhendə yerləşən Helsing startapı da layihəyə cəlb olunub.

“Bu dronlar minlərlə kilometr məsafəni qət edə bilməli, hədəfə müstəqil şəkildə çata bilməli və mümkün qədər radarlara görünməz olmalıdır. Bundesver 2029-cu ilə qədər bu tip ilk dronları arsenalına daxil etməyi planlaşdırır,” – deyə nəşrdə vurğulanır.

Qeyd olunur ki, yeni nəsil PUA-ların uçuş məsafəsi min kilometrdən artıq, sürəti isə səs sürətinə yaxın olmalıdır. Bundan əlavə, qurğuların tamamilə avtonom şəkildə fəaliyyət göstərməsi və süni intellekt sistemlərinə əsaslanması nəzərdə tutulur.

Almaniya Müdafiə Nazirliyi artıq ilkin danışıqların aparıldığını təsdiqləsə də, rəsmən tenderin hələ elan olunmadığını bildirib.

Məqalədə: #Almaniya #dron #PUA-lar üçün faydalı yük #Pilotsuz uçuş aparatı (PUA) #Süni intellekt ilə təchiz olunmuş PUA #Almaniya Müdafiə Nazirliyi #lazer PUA sistemi #Anduril #PUA satışı #Airbus Defence #Kratos #Rheinmetall

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

09:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.