5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hanzala gəmisindəki fəallar azadlığa buraxılıb

İtaliyadan Qəzza zolağına humanitar yardım göndərmək məqsədilə yola çıxan və İsrail donanması tərəfindən saxlanılaraq Aşdod limanına gətirilən Hanzala gəmisindəki bütün fəallar azadlığa buraxılıb.

31 İyul 2025 20:40
Hanzala gəmisindəki fəallar azadlığa buraxılıb

BAKI, AzerVoice, Səməd Əyyubov

İtaliyadan Qəzza zolağına humanitar yardım göndərmək məqsədilə yola çıxan və İsrail donanması tərəfindən saxlanılaraq Aşdod limanına gətirilən Hanzala gəmisindəki bütün fəallar azadlığa buraxılıb.

AzerVoice xəbər verir ki, bu barədə Azadlıq Donanması Koalisiyası məlumat verib.

Məlumata görə, saxlanılan son iki şəxs — amerikalı Kristian Smols və tunisli Hatem Auini 5 günlük həbsdən sonra azadlığa buraxılıb. Hər iki fəalın etiraz etmək üçün aclıq aksiyası keçirdiyi bildirilib.

Tunisli fəal Auini sərhəddə ölkəsinin səfirliyi tərəfindən qarşılanıb. Lakin Smols ABŞ səfirliyi və konsulluğunun öncədən məlumatlandırılmasına baxmayaraq, qarşılanmayıb.

Həmçinin vurğulanıb ki, İsrail həbsxanalarında 320-si uşaq olmaqla 10 300-dən çox fələstinli siyasi məhbus beynəlxalq hüquq normalarının pozuntusuna, dəhşətli işgəncələrə və zorakılıqlara məruz qalaraq saxlanılır. Koalisiya Qəzza blokadasını dəf etmək missiyasının davam etdiyini bildirib.

Xatırladaq ki, Hanzala gəmisi iyulun 20-də İtaliyanın cənubundan Qəzzaya doğru yola çıxmış, 26 iyul gecəsi İsrail ordusu tərəfindən müdaxilə edilərək Aşdod limanına çəkilmişdi. Gəmidə iki jurnalist və iki Avropa parlament üzvünün də daxil olduğu 21 nəfər İsrail tərəfindən saxlanılmışdı.

Qeyd edək ki, “Hanzala” əvvəllər balıqçı gəmisi olub və sonradan humanitar məqsədlər üçün yenidən qurulub. Gəmi ilk səfərində Sirakuza limanında böyük maraqla qarşılanmış, ikinci səfəri isə 20 iyul tarixində həyata keçirilib.

Hanzala gəmisi nədir? Hanzala Qəzza yardımı, Hanzala gəmisi İsrail donanması tərəfindən saxlanıldı, Kristian Smols aclıq aksiyası, Hatem Auini azad edildi, Tunisdən Qəzzaya yardım, ABŞ vətəndaşı Smolsun saxlanması, Azadlıq Donanması Koalisiyası, Qəzzaya humanitar yardım göndərən gəmi, Aşdod limanında saxlanılan fəallar, Fələstindəki siyasi məhbuslar, İsrail həbsxanasında uşaqlar, Qəzza blokadasının dəf olunması təşəbbüsü, Sirakuza limanından yola düşən gəmi, Avropa parlament üzvləri İsraildə saxlanıldı, İsrailin insan haqları pozuntuları, Qəzzaya giriş yasağı, Fələstin üçün beynəlxalq humanitar yardım, İsrail ordusunun dəniz müdaxiləsi, Hanzala gəmisinin keçmişi, Qəzza zolağına yardım gəmisi, Gəmi ilə yardım göndərmək qanunidirmi?

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #İtaliya #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Azadlıq Donanması Koalisiyası #Hanzala gəmisi #Qəzza yardımı #İsrail donanması #Kristian Smols #Hatem Auini #Azadlıq Donanması #Aşdod limanı #İtaliyadan Qəzzaya yola çıxan Hanzala gəmisi #İsrailin saxladığı Hanzala fəalları azad edilib #İsrail həbsxanalarındakı fələstinli məhbusların vəziyyəti

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.