5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Ukraynaya 203 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin məlumatına görə, satış paketinə M777 haubitsaları və müvafiq avadanlıqlar üçün ehtiyat hissələri, texniki xidmət və logistik dəstək daxildir. Bu bölmə ümumilikdə 104 milyon dollar təşkil edir. Bundan əlavə, nəqliyyat xidmətləri və müvafiq avadanlıqların potensial satışı təxminən 99,5 milyon dollar dəyərində qiymətləndirilir.

6 Avqust 2025 11:11
ABŞ Ukraynaya 203 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

BAKI, Azervoice, Nərmin Ağayeva

ABŞ Ukraynaya 203,5 milyon dollarlıq yeni hərbi yardım paketinə icazə verib.

Azervoice xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Dövlət Departamentinin Ukraynaya ümumilikdə 203,5 milyon dollar dəyərində “potensial hərbi texnika və xidmətlərin satışını” təsdiqlədiyini açıqlayıb.

Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin məlumatına görə, satış paketinə M777 haubitsaları və müvafiq avadanlıqlar üçün ehtiyat hissələri, texniki xidmət və logistik dəstək daxildir. Bu bölmə ümumilikdə 104 milyon dollar təşkil edir. Bundan əlavə, nəqliyyat xidmətləri və müvafiq avadanlıqların potensial satışı təxminən 99,5 milyon dollar dəyərində qiymətləndirilir.

Açıqlamada vurğulanıb ki, bu satış Ukraynanın hazırkı və gələcək təhlükələrlə mübarizə imkanlarını gücləndirməklə yanaşı, regional təhlükəsizlik missiyalarında da effektivliyini artıracaq. Qeyd olunub ki, layihə çərçivəsində əsas podratçı Böyük Britaniyada yerləşən müdafiə sənayesi şirkəti BAE Systems olacaq.

Qeyd edək ki, ABŞ son aylarda Ukraynaya hərbi və texniki dəstəyi davamlı şəkildə artırır, bu da regionda hərbi balansın qorunmasına xidmət edir.

Məqalədə: #ABŞ #Ukrayna #Pentaqon #hərbi yardım #yardım paketi #ABŞ-Ukrayna münasibətləri #Ukraynadakı son hadisələr

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.