8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail dronu Livanda qəzaya uğrayıb

Livanın cənubunda qəzaya uğrayan İsrailə məxsus pilotsuz təyyarə yoxlama zamanı partlayaraq iki Livan əsgərinin həlak olmasına səbəb olub.

29 Avqust 2025 09:25
İsrail dronu Livanda qəzaya uğrayıb

BAKI, AzerVoice, Nərmin Ağayeva

Livanın cənubunda qəzaya uğrayan İsrailə məxsus pilotsuz təyyarə yoxlama zamanı partlayaraq iki Livan əsgərinin həlak olmasına səbəb olub.

AzerVoice xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus bomba yüklü pilotsuz təyyarə Surun Naqoura qəsəbəsində tikinti texnikasına çırpılaraq qəzaya uğrayıb. Qəza yerində yoxlama aparılarkən təyyarənin partlaması nəticəsində iki Livan əsgəri həyatını itirib.

Livan Prezidenti Cozef Aun hadisə ilə bağlı ordusuna başsağlığı verərək, “Ordu cənubda sabitliyin qorunması uğrunda qanı ilə bədəl ödəyir,” deyə qeyd edib. Baş nazir Navaf Salam isə müdafiə naziri Mişel Menassaya zəng edərək həlak olan əsgərlər üçün başsağlığı verib və ordunun “təhlükəsizlik, suverenlik qalası və milli birliyin sütunu” olduğunu vurğulayıb.

Qeyd edək ki, bu hadisə Livanın cənubunda İsrailin pilotsuz təyyarələrinin fəaliyyətinin regionda gərginliyi artırması fonunda baş verib. İsrailin bu cür dronları tez-tez Livan ərazisində kəşfiyyat və ya hücum məqsədləri ilə istifadə olunur, bu da yerli əhali və ordu üçün ciddi təhlükə yaradır.

Məqalədə: #İsrail #Livan #PUA #İsrail ordusu #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #Livan-İsrail gərginliyi #Cozef Aun #İsrail Livanda hərbi mövcudluq

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.