8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail ordusu Qəzza şəhərini “təhlükəli döyüş zonası” elan etdi

İsrail ordusu cümə günü Qəzza şəhərini “təhlükəli döyüş zonası” elan edib. Bu addım, İsrailin HƏMAS-la müharibənin başlamasından təxminən iki il sonra, zolağın ən böyük şəhərinə nəzarəti ələ keçirməyə hazırlaşdığı bir vaxtda atılıb. Bu barədə “Frans Press” məlumat yayıb.

29 Avqust 2025 15:49
Baku
İsrail ordusu Qəzza şəhərini “təhlükəli döyüş zonası” elan etdi

BAKI, AzerVoice

İsrail ordusu cümə günü Qəzza şəhərini “təhlükəli döyüş zonası” elan edib. Bu addım, İsrailin HƏMAS-la müharibənin başlamasından təxminən iki il sonra, zolağın ən böyük şəhərinə nəzarəti ələ keçirməyə hazırlaşdığı bir vaxtda atılıb. Bu barədə “Frans Press” məlumat yayıb.

Ordunun sözçüsü Əviçay Adrəi “X” platformasında (keçmiş Twitter) ərəbcə dərc etdiyi açıqlamada bildirib:
“Bu gündən (cümə) saat 10:00-da (Bakı vaxtı ilə 12:00) etibarən, Qəzza şəhəri üçün yerli və müvəqqəti taktiki atəşkəs qüvvədə deyil. Şəhər ‘təhlükəli döyüş zonası’ sayılacaq.”

Bu açıqlama, hər gün müəyyən bölgələrdə BMT və yardım təşkilatlarının humanitar yardımı paylamasını asanlaşdırmaq üçün elan olunan məhdud taktiki atəşkəslərə istinad edir.

Xatırladaq ki, iyulun sonunda İsrail ordusu Qəzza şəhərində və digər bölgələrdə hər gün yerli “taktiki hərbi fəaliyyətin dayandırılması” barədə qərar elan etmişdi. Məqsəd BMT və qeyri-hökumət təşkilatlarının karvanlarının təhlükəsiz şəkildə hərəkətini təmin etmək idi.

İsrail ordusu cümə günü əlavə edib ki, o, “Qəzza zolağında humanitar səylərə dəstək verməyə davam edəcək, eyni zamanda quru manevrləri və terror təşkilatlarına qarşı hücum əməliyyatlarını da sürdürəcək.”

Qəzza Mülki Müdafiə Xidməti isə cümə günü açıqlama verərək, sübh çağıdan bəri zolaqda 33 nəfərin həlak olduğunu bildirib.

Beynəlxalq və yerli təzyiqlərin İsraildən müharibəni dayandırmağı tələb etməsinə baxmayaraq, ordu cümə axşamı bəyan edib ki, qüvvələri “Qəzza zolağının bütün ərazilərində əməliyyatlarını davam etdirir.”

Çərşənbə günü isə ordunun başqa bir açıqlamasında, Qəzza şəhərinin sakinlərinin köçürülməsinin “qaçılmaz” olduğu vurğulanmışdı. Avqustun əvvəlində İsrail hökuməti şəhərə tam nəzarəti ələ keçirmək planını təsdiqləmişdi.

Məqalədə: #İsrail #Qəzza zolağı #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #İsrail və Qəzza münaqişəsi #İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi #Fələstin-İsrail iki dövlətli həll

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.