7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahunun Qəzza planı danışıqları sarsıdır - İsrail Mediası

İsrail mediasının yaydığı məlumatlara görə, Netanyahu Qəzzaya quru hücumlarına başlamazdan əvvəl HƏMAS ilə məhbus mübadiləsi razılaşmasına razılıq verməsi üçün təzyiq altında olduğunu bildirib. Yüksək səviyyəli rəsmilər Netanyahuya xəbərdarlıq edərək, əgər ordu Qəzzaya quru qoşunları ilə daxil olarsa, danışıqlar üçün heç bir imkanın qalmayacağını vurğulayıblar. Mənbələrə görə, Netanyahu əvvəllər təsdiq etdiyi planı indi rədd edir və bu, hətta onun yaxın ətrafında belə “təəccüblü inkişaf” kimi qiymətləndirilir. HƏMAS isə Misir və Qətərin atəşkəs və əsir mübadiləsi təklifini qəbul etsə də, İsrail hələ buna cavab verməyib. HƏMAS müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxarılması və fələstinli məhbusların azad edilməsi müqabilində israilli məhbusları sərbəst buraxmağa hazır olduğunu dəfələrlə bəyan edib.

1 Sentyabr 2025 10:25
Netanyahunun Qəzza planı danışıqları sarsıdır - İsrail Mediası

BAKI, AzerVoice, Nərmin Ağayeva

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS ilə məhbus mübadiləsi danışıqlarına qayıtması üçün yaxın ətrafı və yüksək səviyyəli rəsmilər tərəfindən ciddi təzyiqlərlə üzləşir.

AzerVoice xəbər verir ki, İsrail mediasının yaydığı məlumatlara görə, Netanyahu Qəzzaya quru hücumlarına başlamazdan əvvəl HƏMAS ilə məhbus mübadiləsi razılaşmasına razılıq verməsi üçün təzyiq altında olduğunu bildirib. Yüksək səviyyəli rəsmilər Netanyahuya xəbərdarlıq edərək, əgər ordu Qəzzaya quru qoşunları ilə daxil olarsa, danışıqlar üçün heç bir imkanın qalmayacağını vurğulayıblar.

Mənbələrə görə, Netanyahu əvvəllər təsdiq etdiyi planı indi rədd edir və bu, hətta onun yaxın ətrafında belə “təəccüblü inkişaf” kimi qiymətləndirilir. HƏMAS isə Misir və Qətərin atəşkəs və əsir mübadiləsi təklifini qəbul etsə də, İsrail hələ buna cavab verməyib. HƏMAS müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxarılması və fələstinli məhbusların azad edilməsi müqabilində israilli məhbusları sərbəst buraxmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Müxalifət və məhbus ailələri isə Netanyahunu hakimiyyətdə qalmaq üçün danışıqları qəsdən sabotaj etməkdə ittiham edir. Təl-Əviv hökuməti Qəzzada 50 israilli məhbusun olduğunu, onlardan təxminən 20-nin sağ olduğunu güman edir. İsrail Təhlükəsizlik Kabineti Qəzzanın şimalının işğalı planını təsdiqləsə də, ordunun sentyabrdan əvvəl bu planı həyata keçirməyəcəyi gözlənilir. Plana əsasən, təxminən 1 milyon fələstinli cənuba köçürüləcək, şəhər mühasirəyə alınacaq və intensiv hücumlardan sonra işğal ediləcək.

Qeyd edək ki, Qəzza zolağı 1967-ci ildən 2005-ci ilə qədər İsrailin işğalı altında olub və hazırda 2,3 milyon fələstinlinin yaşadığı bu ərazi 18 ildir ağır blokada şəraitindədir.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #Qətər #HƏMAS #Təl-Əviv #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

22:07
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

21:32

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.