8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa Parlamenti Fələstin Dövlətinin tanınması üçün çağırış edib

Avropa Parlamenti, qəbul etdiyi yeni qərarla Avropa İttifaqına üzv ölkələri Fələstin Dövlətini tanımağı nəzərdən keçirməyə çağırıb. Qərar məcburi xarakter daşımır, lakin üzv dövlətlərə birbaşa tövsiyə mahiyyəti daşıyır. Parlament daha əvvəl “prinsipcə Fələstin dövlətinin tanınmasını” dəstəkləmişdi, lakin bu dəfə qəbul edilən sənəd hökumətləri daha açıq şəkildə hərəkətə keçməyə dəvət edir.

11 Sentyabr 2025 17:37
Avropa Parlamenti Fələstin Dövlətinin tanınması üçün çağırış edib

BAKI, AzerVoice, Fərid Mikayılov

Avropa Parlamenti, qəbul etdiyi yeni qərarla Avropa İttifaqına üzv ölkələri Fələstin Dövlətini tanımağı nəzərdən keçirməyə çağırıb.

AzerVoice xəbər verir ki, qərarın məqsədi “iki dövlətli həll” istiqamətində konkret addım atmaq kimi dəyərləndirilir.

Qərar məcburi xarakter daşımır, lakin üzv dövlətlərə birbaşa tövsiyə mahiyyəti daşıyır. Parlament daha əvvəl “prinsipcə Fələstin dövlətinin tanınmasını” dəstəkləmişdi, lakin bu dəfə qəbul edilən sənəd hökumətləri daha açıq şəkildə hərəkətə keçməyə dəvət edir.

Sənəd 305 lehinə, 151 əleyhinə və 122 bitərəf səslə qəbul olunub.

Səsvermə uzun və gərgin şəraitdə keçib. Deputatlar Qəzza ilə bağlı dəyişikliklərə səsvermə üçün iclasa fasilə verilməsini tələb ediblər. Ən çox müzakirə doğuran məqamlardan biri isə İsrailin Qəzzaya hücumlarının “soyqırım” kimi adlandırılıb-adlandırılmaması olub.

Nəticədə “soyqırım əməlləri” ifadəsi səsvermədə qəbul edilməyib və mətndən çıxarılıb.

Qərar hüquqi baxımdan bağlayıcı olmasa da, Avropa Parlamentinin bu addımı Fələstin məsələsində Aİ daxilində artan siyasi təzyiqi və İsrailin Qəzzadakı hərbi əməliyyatları fonunda müzakirələrin yeni mərhələyə keçdiyini göstərir.

Məqalədə: #Fələstin #Avropa #Avropa İttifaqı (Aİ) #Avropa Parlamenti #soyqrım #Fələstin soyqırımı #Fələstin-İsrail münaqişəsi #Fələstin-İsrail iki dövlətli həll #Fələstin dövlətinin tanınması #İsrail Fələstin müharibəsi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.