5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Taliban ABŞ vətəndaşını azad edib

Əfqanıstan Xarici İşlər Nazirliyi bəyanatında azad edilən şəxsin kimliyini Əmir Əmiri kimi açıqlayıb və onun ABŞ prezidenti Donald Trampın girovlarla bağlı xüsusi nümayəndəsi Adam Bolerə təhvil verildiyini bildirib.

28 Sentyabr 2025 23:46
Taliban ABŞ vətəndaşını azad edib

BAKI,AzerVoice

Əfqanıstanda Taliban hökuməti bazar günü açıqlama yayaraq ölkədə saxlanılan bir ABŞ vətəndaşının azad edildiyini bildirib. AzerVoice xəbər verir ki, bu addım ABŞ nümayəndə heyətinin girov mübadiləsini müzakirə etmək üçün Kabilə səfərindən bir neçə həftə sonra atılıb.

Əfqanıstan Xarici İşlər Nazirliyi bəyanatında azad edilən şəxsin kimliyini Əmir Əmiri kimi açıqlayıb və onun ABŞ prezidenti Donald Trampın girovlarla bağlı xüsusi nümayəndəsi Adam Bolerə təhvil verildiyini bildirib.

ABŞ-ın dövlət katibi Marko Rubio bazar günü bəyan etdi ki, bu azadlıq “irəliyə doğru mühüm addımdır”. “Əfqanıstanda hələ də haqsız yerə saxlanılan amerikalılar var. Bütün vətəndaşlarımız evlərinə qayıtmayınca prezident Tramp rahatlanmayacaq”-deyə o bildirib.

Xatırladaq ki, Boler bu ayın əvvəlində nadir bir səfərlə Kabilə getmiş və Taliban hökuməti ilə mümkün məhbus mübadiləsini müzakirə etmişdi.

“Bu gün Əfqanıstan həbsxanasından Əmir Əmiri adlı ABŞ vətəndaşı azad edilib. Əfqanıstan hökuməti vətəndaşların məsələlərinə siyasi prizmadan baxmır və bu cür problemlərin diplomatiya vasitəsilə həllinin mümkün olduğunu göstərir”- Əfqanıstan XİN “X” platformasında yaydığı açıqlamada bildirib.

“France-Presse” agentliyinin məlumatına görə, Əmiri işi barədə çox az məlumat var və bu məsələ geniş müzakirə olunmayıb.

Taliban hakimiyyəti daha əvvəl – sentyabrın 20-də, təxminən 8 aylıq həbsdən sonra Kabildə saxlanılan 80 yaşlı Piter Reynolds və onun 76 yaşlı həyat yoldaşı Barbi Reynoldsu azad etmişdi.

Taliban hökumətinin açıqlamasına əsasən, həm amerikalının, həm də britaniyalı cütlüyün azad edilməsində Qətər vasitəçi rolunu oynayıb.

Məqalədə: #Taliban hökuməti #Əfqanıstan Xarici İşlər Nazirliyi #Barbi Reynolds #Piter Reynolds

Mövzu üzrə digər xəbərlər

İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İran

İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib

11:52
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.