5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Çin lideri ilə iki həftə içində görüşəcəyini açıqlayıb

Donald Tramp Çinlə bağlı yeni açıqlaması ilə gündəmə gəlib. O, yaxın iki həftə ərzində Çin Xalq Respublikasının sədri Si Cinpinqlə görüşəcəyini bəyan edib. Tramp jurnalistlərə verdiyi qısa açıqlamada, “Çin Dövlət Başkanı Si Cinping ilə iki həftə içində görüşəcəyik” deyə bildirib. Onun bu açıqlaması ABŞ-Çin münasibətlərinin son aylarda yenidən gərginləşdiyi bir dövrə təsadüf edir.

17 Oktyabr 2025 16:29
Tramp Çin lideri ilə iki həftə içində görüşəcəyini açıqlayıb

BAKI, AzerVoice, Nailə Babazadə

Donald Tramp Çinlə bağlı yeni açıqlaması ilə gündəmə gəlib. O, yaxın iki həftə ərzində Çin Xalq Respublikasının sədri Si Cinpinqlə görüşəcəyini bəyan edib.

AzerVoice xəbər verir ki, Tramp jurnalistlərə verdiyi qısa açıqlamada, “Çin Dövlət Başkanı Si Cinping ilə iki həftə içində görüşəcəyik” deyə bildirib. Onun bu açıqlaması ABŞ-Çin münasibətlərinin son aylarda yenidən gərginləşdiyi bir dövrə təsadüf edir.

Tramp həmçinin Çin mallarına qarşı tətbiq edilən əlavə tariflərlə bağlı da fikir bildirib. “100 faizlik tarif uzun müddət davam etdirilə bilməz, məni bu addımı atmağa vadar etdilər” deyən Tramp, bu addımı zərurətdən atdığını və iqtisadi balansı qorumaq məqsədi daşıdığını qeyd edib.

Hələlik görüşün konkret yeri və tarixi açıqlanmasa da, analitiklər bu görüşün əsas müzakirə mövzularının ticarət münasibətləri, texnologiya transferləri, Tayvan məsələsi və strateji təhlükəsizlik olacağını düşünürlər.

Donald Tramp Çinlə bir sıra iqtisadi qarşıdurmalar yaşamış və "ticarət müharibəsi" ilə yadda qalmışdı. Onun administrasiyası Çin məhsullarına milyardlarla dollar dəyərində əlavə tariflər tətbiq etmiş, Çini "ədalətsiz iqtisadi təcrübələrdə" günahlandırmışdı.

Əgər görüş baş tutarsa, bu, ABŞ-Çin münasibətlərinin gələcək kursunu müəyyən edə biləcək əhəmiyyətli diplomatik hadisə olacaq. Xüsusilə hazırda ABŞ-da prezident seçkilərinə gedilən yolda Donald Trampın xarici siyasətdə atacağı addımlar daha çox diqqət mərkəzindədir.

Həm iqtisadi, həm də geosiyasi baxımdan bu görüşün qlobal bazarlara və beynəlxalq münasibətlərə təsir göstərəcəyi gözlənilir.

Məqalədə: #Donald Tramp #Çin #Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping) #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.