6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Nigeriyada xristianlar “mövcudluq baxımından təhlükə” ilə üzləşirlər. Onun bu açıqlaması, ABŞ və Avropadakı radikal sağ dairələrdə Nigeriyada “xristianlara qarşı kütləvi qırğın” iddialarının geniş şəkildə yayılması fonunda səslənib.

1 Noyabr 2025 12:09
Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

BAKI, AzerVoice, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Nigeriyada xristianlar “mövcudluq baxımından təhlükə” ilə üzləşirlər. Onun bu açıqlaması, ABŞ və Avropadakı radikal sağ dairələrdə Nigeriyada “xristianlara qarşı kütləvi qırğın” iddialarının geniş şəkildə yayılması fonunda səslənib.

AzerVoice xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Son aylarda sosial şəbəkələrdə “xristian soyqırımı” və “dini təqib” barədə yayılan iddialar ABŞ və Avropanın radikal sağçı çevrələrində ciddi rezonans doğurub. Lakin ekspertlər bildirirlər ki, Afrikanın ən çox əhalisi olan ölkəsində baş verən zorakılıqlar həm xristian, həm də müsəlmanların ölümünə səbəb olur və bu proses etnik, sosial və iqtisadi faktorlarla bağlıdır.

Buna baxmayaraq, Tramp hesab edir ki, “Nigeriyada xristianlıq mövcudluq təhlükəsi altındadır”. O, “Truth Social” platformasında paylaşdığı mesajda yazıb ki, :“Minlərlə xristian öldürülür və bu kütləvi qırğınlara ekstremistlər cavabdehdir”.

Tramp iddialarını təsdiqləyəcək hər hansı sübut təqdim etməyib, lakin Nigeriyanı “xüsusi narahatlıq doğuran ölkə” adlandırıb - ABŞ Dövlət Departamentinin terminologiyasında bu status din azadlıqlarını “ciddi şəkildə pozan” ölkələrə verilir.

Nigeriya demoqrafik cəhətdən iki yerə bölünür - şimal əsasən müsəlman, cənub isə əsasən xristian əhalidən ibarətdir.

Ölkənin şimal-şərqində 15 ildən artıqdır ki, “Boko Haram” silahlı qruplaşmasının hücumları davam edir. Bu zorakılıqlar nəticəsində 40 mindən çox insan həlak olub, təxminən 2 milyon nəfər isə öz evlərini tərk etməyə məcbur qalıb.

Şimal-qərbdə isə silahlı dəstələr kəndlərə hücum edir, adam öldürür və kütləvi oğurluq hadisələrinə yol açırlar. Mərkəzi bölgələrdə isə əsasən müsəlman maldarlıq icmaları ilə xristian kənd təsərrüfatı icmaları arasında torpaq üstündə davam edən münaqişələr çox zaman dini rəng alır.

Trampın ən yaxın müşavirlərindən biri olan Ərəb və Afrika məsələləri üzrə məsləhətçi Məssəd Boulos isə oktyabr ayında bildirib ki, “Boko Haram və İŞİD müsəlmanları xristianlardan daha çox öldürür”.

Araşdırmalar da bunu təsdiqləyir. ACLED-in (Silahlı Münaqişələrin Mövqeləri və Hadisələri üzrə Məlumat Layihəsi) məlumatına görə, 2020–2025-ci illər arasında xristianlara qarşı ən azı 389 zorakılıq hadisəsi qeydə alınıb və bu hücumlar nəticəsində 318 nəfər öldürülüb. Eyni dövrdə müsəlmanlara qarşı baş verən 197 hücumda isə 400-dən çox insan həyatını itirib.

Trampın bəyanatı, eyni zamanda, ABŞ-da Nigeriyadakı separatçı hərəkatların lobbi fəaliyyəti fonunda səslənib. ABŞ Konqresinə təqdim olunan sənədlərdə bildirilir ki, “Biafra Respublikasını Təmsil edən Hökumət” adlanan qurumun maraqlarını müdafiə edən lobbist şirkətlər konqres üzvlərinə “xristianların təqibi” barədə xəbərdarlıqlar göndəriblər.

Qeyd edək ki, “Biafra” Nigeriyanın şərqində yerləşən və 1967-ci ildə müstəqillik elan edərək qanlı vətəndaş müharibəsinə səbəb olan separatçı respublikanın adıdır. Müharibə 1970-ci ildə məğlubiyyətlə başa çatmışdı

Məqalədə: #Avropa #ABŞ #İŞİD #Donald Tramp #Nigeriya #ABŞ Dövlət Departamenti #ABŞ Konqresi #Vaşinqton #Boko Haram

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.