8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.

5 Noyabr 2025 22:46
MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

BAKI,AzerVoice, Orxan Qədirzadə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

AzerVoice-un məlumatına görə, görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.

Bununla yanaşı, nümayəndə heyəti İsrailin atəşkəs müddətində törətdiyi pozuntulara baxmayaraq, HƏMAS-ın razılaşmaya sadiqliyini bir daha təsdiqlədiyini qeyd edib.

Görüşdə tərəflər atəşkəs prosesinin sağlam şəkildə davam etməsi üçün atılacaq addımları, mövcud maneələrin aradan qaldırılması yollarını, habelə razılaşmanın növbəti mərhələlərinin icrası üzrə perspektivləri müzakirə ediblər.

Təmaslar zamanı Türkiyənin Qəzzaya göstərdiyi humanitar yardım fəaliyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində daha çox yardımın bölgəyə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #HƏMAS #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #İbrahim Kalın #Əl-Qəssam Briqadaları #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Humanitar fəlakət Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Trampın Yaxın Şərq siyasəti #HƏMAS və Qəzzanın gələcəyi #7 Oktyabr HƏMAS hücumu #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #Türkiyə-HƏMAS əlaqələri #Xəlil əl-Hayya #Yaxın Şərq Sülh Sammiti

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

7 Sentyabr 18:46
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

7 Sentyabr 13:35
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.