7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

ABŞ Maliyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi Con Hirli bildirib ki, Vaşinqton Livanda yaranmış yeni şəraitdən istifadə edərək İranın “Hizbullah”a maliyyə dəstəyini dayandırmaq və təşkilatı silahı yerə qoymağa məcbur etmək istəyir.

9 Noyabr 2025 18:28
Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

BAKI, AzerVoice

ABŞ Maliyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi Con Hirli bildirib ki, Vaşinqton Livanda yaranmış yeni şəraitdən istifadə edərək İranın “Hizbullah”a maliyyə dəstəyini dayandırmaq və təşkilatı silahı yerə qoymağa məcbur etmək istəyir. AzerVoice xəbər verir ki, o bu barədə İstanbulda “Reuters”ə müsahibəsində danışıb.

Hirlinin sözlərinə görə, ağır iqtisadi sanksiyalara baxmayaraq, Tehran 2024-cü il ərzində “Hizbullah”a təxminən 1 milyard dollar ötürə bilib. ABŞ hesab edir ki, məhz bu maliyyə dəstəyi təşkilatın silahlı imkanlarını qoruyub saxlamağa imkan yaradır.
“Livanda indi nadir bir fürsət var. Əgər İranın pul axınını kəsib ‘Hizbullah’ı silahdan imtina etdirməyə nail olsaq, livanlılar öz ölkələrinə tam nəzarəti bərpa edə biləcək”, – deyə Hirli bildirib.

Vaşinqton ötən həftə “Hizbullah”ın maliyyələşdirilməsində iştirak edən iki şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ rəsmisi həmçinin qeyd edib ki, İran iqtisadiyyatı inflyasiya və resessiya ilə üzləşsə də, Tehran hələ də milyonlarla dolları regiondakı silahlı qruplara yönəldir.

İsrail isə son aylarda Cənubi Livanda təşkilata aid obyektlərə hava zərbələri endirib və “Hizbullah”ın hərbi potensialını bərpa etməyə çalışdığını iddia edir. Livan hökuməti bütün qeyri-dövlət silahlı qrupların, o cümlədən “Hizbullah”ın silahsızlaşdırılacağını öhdəsinə götürsə də, təşkilat silahı tam təhvil verməyə razılaşmır.

Məqalədə: #İsrail #İran #İstanbul #ABŞ #Livan #Tehran #Hizbullah #Vaşinqton #Con Hirli

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.