4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

“Hizbullah”ın baş katibi Şeyx Naim Qasim bəyan edib ki, İsrailin davam edən hücumları və ABŞ-ın təzyiqləri fonunda Livanda sabitlik mümkün deyil. Təşkilat rəhbəri çıxışı zamanı İsraillə əldə olunmuş atəşkəs razılaşmasının dəyişdirilməsi və yeni şərtlərlə əvəzlənməsi cəhdlərini qəti şəkildə rədd etdiyini bildirib.

11 Noyabr 2025 20:57
İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

BAKI,AzerVoice, Orxan Qədirzadə

“Hizbullah”ın baş katibi Şeyx Naim Qasim bəyan edib ki, İsrailin davam edən hücumları və ABŞ-ın təzyiqləri fonunda Livanda sabitlik mümkün deyil.

Təşkilat rəhbəri çıxışı zamanı İsraillə əldə olunmuş atəşkəs razılaşmasının dəyişdirilməsi və yeni şərtlərlə əvəzlənməsi cəhdlərini qəti şəkildə rədd etdiyini bildirib.

“Əgər İsrail bir il əvvəl imzalanmış atəşkəs razılaşmasını yerinə yetirsə, o zaman ölkə daxilində müsbət və əməkdaşlıq mühitində milli dialoq mümkündür”, - deyə Qasim qeyd edib.

Hizbullah lideri ilk dəfə olaraq İsrailin Livanı tərk etməsinin danışıqlar və ya diplomatiya ilə deyil, məhz müqavimətin təzyiqi nəticəsində baş verdiyini vurğulayıb.

“İsrail Livanı nə diplomatiya, nə də razılaşma ilə tərk etdi. O, heç bir şərt qoyulmadan müqavimətin gücü ilə çıxmağa məcbur oldu”, - deyə Qasim bildirib.

Şeyx Naim Qasim “Ülül-bəs” əməliyyatına toxunaraq qeyd edib ki, “müqavimət böyük fədakarlıqlar göstərərək İsrailin məqsədlərinə çatmasının qarşısını alıb və işğal planlarını iflasa uğradıb”.

O əlavə edib ki, Livan ordusunun cənubda mövcudluğu milli qazancdır, çünki “müqavimət 42 il ərzində dövlətin müdafiə funksiyasını yerinə yetirib”.

Qasimə görə, İsrail hücum zamanı qarşısına qoyduğu hədəflərə nail ola bilmədiyi üçün məğlub olub və atəşkəs razılaşmasına əsasən cənubdan çıxmalıdır.

Hizbullah baş katibi bildirib ki, ABŞ və İsrail əldə edilən razılaşmanı Livan üçün üstünlük kimi təqdim edir və bu səbəbdən hökumətə güzəştlər üçün təzyiq göstərir:

“Hökumət yalnız ‘müqavimətin silahsızlaşdırılmasını’ gündəmə gətirir. Halbuki əsas məsələ milli suverenliyin bərpasıdır. Bunun üçün konkret plan hazırlanmalı və təhlükəsizlik qüvvələri onun icrasını təmin etməlidir”.

Naim Qasim həmçinin ABŞ emissarı Tom Brakın “Livan ordusunu müqavimətə qarşı silahlandırmaq istəyirik” bəyanatına sərt reaksiya verib.

O qeyd edib ki, İsrailin təcavüzü sonsuza qədər davam edə bilməz və hər şeyin bir həddi var.

“Atəşkəs razılaşması yalnız Litani çayının cənubuna aiddir. İsrail Livandan çıxmalı və əsirləri azad etməlidir”, - deyə Hizbullah lideri bildirib.

Çıxışının sonunda Qasim gərginliyin artmaması üçün çağırış edərək vurğulayıb ki, “şimaldakı İsrail yaşayış məntəqələrinə heç bir təhlükə yoxdur”.

Məqalədə: #Hizbullah #Livan xəbərləri #Naim Qasim #İsrailin Hizbullah ittihamları #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #Hizbullah və Livan siyasəti #İsrail və Hizbullah müharibəsi #Naim Qasim və Hizbullah #Tom Barrak #ABŞ-nin HİZBULLAH siyasəti #Ülül-bəs əməliyyatı

Mövzu üzrə digər xəbərlər

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub
Livan

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

3 Sentyabr 18:19
Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı
VOA analitika: Geosiyasi təhlillər

Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

1 Sentyabr 15:05
ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi
Suriya

ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

29 Avqust 14:41
İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır
Livan

İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

28 Avqust 18:12

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.