5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail 17 druz gəncinə təlim verəcək

İsrail Suriya ərazisindən olan druz icmasının 17 gənc nümayəndəsini fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə intensiv təlim proqramına qəbul etməyi planlaşdırır.

20 Noyabr 2025 22:12
İsrail 17 druz gəncinə təlim verəcək

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrail Suriya ərazisindən olan druz icmasının 17 gənc nümayəndəsini fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə intensiv təlim proqramına qəbul etməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, İsrailin Yedioth Ahronoth qəzetinin məlumatına görə, üç həftəlik təlim kursu ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin nəzarəti ilə həyata keçiriləcək və İsrail Milli Təhlükəsizlik Şurası tərəfindən koordinasiya olunacaq. Təlim zamanı iştirakçılar yanğınsöndürmə və xilasetmə əməliyyatları üzrə müasir simulyatorlardan istifadə edəcəklər.

Proqramın başa çatmasından sonra iştirakçıların Suriyanın Süveyda şəhərinə qayıdaraq təqdim edilən texnika və avadanlıq əsasında yeni yanğın-xilasetmə məntəqəsi yaratmaları planlaşdırılır. Layihə İsrailin “druz icmasına investisiya” adı altında yaxın həftələrdə açıqlanacaq daha geniş proqramının tərkib hissəsidir.

İsrail rəsmiləri bu təşəbbüsün məqsədinin İsrail, işğal altındakı ərazilər və Suriya druzları arasında əlaqələri gücləndirmək olduğunu bildirir.

Qeyd edək ki, İsrail ordusu 2024-cü ilin 8 dekabrında 1967-ci ildən işğal altında olan Colan təpələrinə bitişik buffer zonanı nəzarətə götürərək, hərbi mövqelərini Dəməşqə 20 km-ə qədər yaxınlaşdırıb.

Suriya Prezidenti Əhməd əş-Şəraa bildirib ki, Baas rejiminin devrilməsindən sonra (8 dekabr 2024) İsrail Suriyaya 1000-dən çox hava zərbəsi və 400-dən çox quru hücumu həyata keçirib.

Rəsmi Dəməşq bu müdaxilələrin İsrail tərəfindən “druzların müdafiəsi” adı ilə həyata keçirildiyini, əslində isə Suriyanın suverenliyinin pozulması və işğal zonasının genişləndirilməsi strategiyasının tərkib hissəsi olduğunu bildirir.

Məqalədə: #Dəməşq #Colan Təpələri #Druz icması #Suveyda Üsyanı #Əhməd əş-Şəraa #Suveyda hadisələri #Süveyda druzlar #İsrailin Süveyda müdaxiləsi #Suveyda döyüşləri #İtamar Ben-Qvir #İsrail Milli Təhlükəsizlik Şurası #Yedioth Ahronoth

Mövzu üzrə digər xəbərlər

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

4 Sentyabr 18:51
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.