7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Suriyanın Hums şəhərində təxribatlara qarşı təhlükəsizlik rejimi tətbiq olunub

Suriyaın Homs şəhərinin cənub qəsəbələrində bu axşamdan etibarən ciddi təhlükəsizlik tədbirləri və komendant saatı rejimi tətbiq edilməsi qərara alınıb. Tədbirlər günün əvvəlində Zeydal qəsəbəsində baş verən və bir ailə cütlüyünün qətlə yetirilməsi ilə nəticələnən hadisədən sonra gərginliyin qarşısını almağa yönəlib.

24 Noyabr 2025 20:53
Suriyanın Hums şəhərində təxribatlara qarşı təhlükəsizlik rejimi tətbiq olunub

BAKI,AzerVoice, Orxan Qədirzadə

Suriyanın Hums şəhərinin cənub qəsəbələrində bu axşamdan etibarən ciddi təhlükəsizlik tədbirləri və komendant saatı rejimi tətbiq edilməsi qərara alınıb. Tədbirlər günün əvvəlində Zeydal qəsəbəsində baş verən və bir ailə cütlüyünün qətlə yetirilməsi ilə nəticələnən hadisədən sonra gərginliyin qarşısını almağa yönəlib.

AzerVoice xəbər verir ki, daxili təhlükəsizlik qüvvələri bölgədə sabitliyi qorumaq, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və cinayətin məzhəbçilik xarakterli təxribatlara çevrilməsinə imkan verməmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir.

Səhər saatlarında Zeydal qəsəbəsində bir kişi və həyat yoldaşı evlərində qətlə yetirilmiş vəziyyətdə tapılıb. Hadisə yerində təxribat xarakterli yazıların aşkar edilməsi cəmiyyəti qarşıdurmaya sürükləmək cəhdi kimi qiymətləndirilir.

Hazırda Humsun cənub məhəllələrində vəziyyət sakit olaraq qalsa da, təhlükəsizlik qüvvələri tam hazırlıq vəziyyətində şəhərdə sabitliyin bərpası üçün tədbirləri davam etdirir.

Hums valiliyində keçirilən təcili iclasda şəhərdə vəziyyət müzakirə olunub, sabitliyin möhkəmləndirilməsi və mümkün iğtişaşların qarşısının alınması üçün əlavə addımlar nəzərdən keçirilib.

Suriya Daxili İşlər Nazirliyi bildirib ki, Zeydal və Humsun cənub bölgələrində təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimdə yerləşdirilib. Məqsəd sabitliyi qorumaq, cinayətin istənilən şəkildə sui-istifadəsinə imkan verməmək və əhalinin təhlükəsizliyini təmin etməkdir.

Nazirlik həmçinin hüquq-mühafizə orqanlarının cinayətlə bağlı sübutların toplanması və qatilin müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirdiyini qeyd edib. Vətəndaşlara rəsmi göstərişlərə əməl etmək və təhlükəsizlik qurumları ilə əməkdaşlıq etmək tövsiyə olunub.

Hums üzrə daxili təhlükəsizlik rəhbəri briqada generalı Mürhäf Ən-Nəssan cinayətin qəddar şəkildə həyata keçirildiyini təsdiqləyib və hadisənin cəmiyyətdə parçalanma yaratmağa yönəldiyini bildirib.

Onun sözlərinə görə, dərhal bütün hüquqi prosedurlar işə salınıb, hadisə yeri qorunub, sübutlar toplanıb və cinayətin təfərrüatlarının müəyyən edilməsi üçün genişmiqyaslı istintaq başladılıb.

“Bu ağır cinayəti qətiyyətlə pisləyirik. Məqsəd aydındır – cəmiyyətdə parçalanma yaratmaq və sektarian qarşıdurmanı qızışdırmaq. Vətəndaşlarımızı sakitliyə çağırırıq və istintaqın nəticələrinə qədər hər hansı reaksiyadan çəkinməyi xahiş edirik.”-General Ən-Nəssan deyib.

Daxili təhlükəsizlik qüvvələri bildiriblər ki, bölgədə ictimai sabitliyi pozmaq cəhdlərinə qarşı sərt və ardıcıl tədbirlər görüləcək.

Məqalədə: #Homs şəhəri #Homsdakı qətl hadisəsi #Zeydal qəsəbəsində qətl #Suriyada təhlükəsizlik tədbirləri #Homsda komendant saatı #Suriyada təxribat cəhdi #Məzhəb zəminində qarşıdurma riski #Suriyanın Daxili İşlər Nazirliyi #Homs polisinin əməliyyatı #Suriyada fövqəladə iclas #Suriyada vətəndaş təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.