8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

“Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır?

Amerika siyasətində estetik anlayışın siyasi kimliyə çevrildiyi yeni mərhələ müşahidə olunur. ABŞ-da Donald Trampın siyasi xətti və şəxsi dünyagörüşü təkcə ideoloji və institusional sahələrdə deyil, eyni zamanda hakimiyyət çevrələrində qəbul edilən zahiri görünüş standartlarında da ciddi təsir göstərməyə başlayıb.

5 Fevral 2026 09:00
“Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır?
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Amerika siyasətində estetik anlayışın siyasi kimliyə çevrildiyi yeni mərhələ müşahidə olunur. ABŞ-da Donald Trampın siyasi xətti və şəxsi dünyagörüşü təkcə ideoloji və institusional sahələrdə deyil, eyni zamanda hakimiyyət çevrələrində qəbul edilən zahiri görünüş standartlarında da ciddi təsir göstərməyə başlayıb.

Son illərdə “Mar-a-Laqo üzü” (Mar-a-Lago Face) adlanan estetik görünüş Vaşinqtonun siyasi elitasında qeyri-rəsmi normaya çevrilib. Bu termin ilk dəfə 2024-cü ilin noyabrında amerikalı komediyaçı və “TikTok” məzmun yaradıcısı Suzan Lambert tərəfindən ironik video vasitəsilə gündəmə gətirilib. O, Tramp tərəfdarlarının oxşar zahiri görünüşünü ələ salmaq məqsədilə bu obrazı sınaqdan keçirib. Video qısa müddətdə viral olub və termin internet məkanında siyasi loyallığın vizual simvolu kimi yayılıb.

Adını Florida ştatında Donald Trampa məxsus “Mar-a-Laqo” özəl klubundan alan bu estetik üslub artıq təkcə dəb anlayışı deyil, siyasi mövqeyin və sosial statusun göstəricisi kimi qəbul edilir. Sözügedən klub Trampın rəsmi və qeyri-rəsmi tədbirlərinin mərkəzinə çevrilib, eyni zamanda “Epşteyn sənədləri” ilə bağlı qalmaqallı müzakirələrdə də tez-tez xatırlanır.

“Tramp elit klubu” və siyasi estetika

Dermatoloq və estetik tibb üzrə mütəxəssis Mariya Ancelonun sözlərinə görə, “Mar-a-Laqo üzü” qalın makiyaj, bronzlaşmış dəri tonu, dəqiq formalaşdırılmış qaşlar, dolğun və parlaq dodaqlar, qabardılmış yanaqlar və səliqəli saç düzümü ilə xarakterizə olunur. Onun fikrincə, bu görünüş zahirən dəbdəbəli olsa da, əslində siyasi identiklik və sosial mövqe barədə mesaj verir.

2025-ci ilin noyabrında mühafizəkar fəal Çarli Kirk-in öldürülməsindən sonra onun həyat yoldaşı Erika Kirk-in ictimaiyyət qarşısına çıxışı bu tendensiyanın simvolik nümunələrindən biri kimi qiymətləndirilir. Onun diqqətlə formalaşdırılmış zahiri görünüşü Tramp çevrələrində qəbul edilən “ideal qadın obrazı”nı əks etdirirdi.

Müşahidəçilər bildirirlər ki, Tramp dövründə siyasi fərqlər artıq geyim, saç düzümü və makiyaj səviyyəsində açıq görünür. Trampın gözəlliyə verdiyi önəm və onu uğur göstəricisi kimi təqdim etməsi bu tendensiyanı daha da gücləndirib.

Dövlət siyasəti və bədən estetikası

Donald Trampın ikinci prezidentlik müddətinin ilk günlərində imzaladığı fərmanla ABŞ federal hökuməti yalnız iki bioloji cinsi – kişi və qadını – tanıdığını bəyan edib. Bu qərar gender siyasətində sərt xəttin rəsmi təsdiqi kimi dəyərləndirilir və “Mar-a-Laqo” estetikası ilə ideoloji uyğunluq təşkil edir. Bu üslub qadınlıq və kişilik anlayışlarını maksimal vizual formada qabardır.

Estetik cərrah Emma Qoldinq bildirir ki, “Mar-a-Laqo üzü” təbii deyil, sosial mənsubiyyətin göstəricisi olan “lüks maska”dır. Onun sözlərinə görə, Vaşinqtonda bu cür vahid estetik yanaşma fərdi xüsusiyyətləri arxa plana keçirir və gözəlliyi rəsmi forma səviyyəsinə endirir.

Hakimiyyətə giriş bileti kimi zahiri görünüş

Cessika Divyonun qənaətincə, bu estetik model artıq hakimiyyətə çıxış üçün qeyri-rəsmi mexanizm rolunu oynayır. O, ABŞ-ın Daxili Təhlükəsizlik naziri təyin olunan Kristi Noem-in estetik müdaxilələrə müraciət etməsini buna nümunə kimi göstərir.

Tramp administrasiyasına yaxın fiqurlar – Karolin Levitt və Lara Tramp da daxil olmaqla – demək olar ki, ağır makiyajsız və estetik prosedursuz görüntülənmirlər. Maraqlıdır ki, bu model gənclik deyil, əksinə, yaşlı və “nüfuzlu” görünüşü təşviq edir.

Əks tendensiya və alternativ model

Bu fon qarşısında Nyu-Yorkun birinci xanımı Rəma Dəvaci fərqli obrazla ön plana çıxır. Suriya əsilli rəssam olan Dəvaci sadə və təbii görünüşü ilə qadın kimliyinin yalnız zahiri estetikaya bağlanmamalı olduğu mesajını verir. Onun bu mövqeyi feminist dairələrdə müsbət qarşılanır və qadının dəyərinin intellekt və şəxsiyyətlə ölçülməsini xatırladır.

“Sakit dəbdəbə”nin qayıdışı

Son illərdə Hollivudda da estetik müdaxilələrdən imtina və “sakit dəbdəbə” anlayışı yayılmaqdadır. Bir sıra tanınmış simalar dolğu maddələrini ləğv etdiklərini açıq etiraf ediblər. Bu tendensiya Tramp çevrələrindəki ifrat vizuallıqla ziddiyyət təşkil edir.

Trampdan sonra nə olacaq?

Mütəxəssislər hesab edir ki, “Mar-a-Laqo üzü” Trampdan sonra da tamamilə yox olmayacaq. Çünki bu estetik yanaşma artıq siyasi mühitdən kənarda da güc, zənginlik və nəzarət simvoluna çevrilib. Bununla belə, onun uzunmüddətli təsiri və cəmiyyət tərəfindən qəbul olunma səviyyəsi açıq sual olaraq qalır.

“Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır? “Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır? “Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır? “Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır? “Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır? “Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır? “Mar-a-Laqo üzü” fenomeni: Tramp siyasəti Vaşinqtonda gözəllik meyarlarını necə formalaşdırır?

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.