6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Danışıqlara raket proqramı və uranın zənginləşdirilməsi daxil deyil - İran

İran hakimiyyəti ABŞ-la planlaşdırılan danışıqlar ərəfəsində bəyan edib ki, raket proqramı və aşağı səviyyəli uran zənginləşdirmə fəaliyyəti ölkənin dəyişməz “qırmızı xətləri” olaraq qalır və bu mövzular üzrə heç bir müzakirə aparılmayacaq. İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai İran mediasına açıqlamasında ABŞ-la fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilməsi nəzərdə tutulan danışıqlarla bağlı mövqeyi açıqlayıb. O bildirib ki, İranın raket proqramı və uranın aşağı səviyyədə zənginləşdirilməsi məsələləri müzakirəyə açıq deyil və bu sahələr ölkənin strateji təhlükəsizlik çərçivəsinə daxildir.

5 Fevral 2026 21:28
Danışıqlara raket proqramı və uranın zənginləşdirilməsi daxil deyil - İran
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

İran hakimiyyəti ABŞ-la planlaşdırılan danışıqlar ərəfəsində bəyan edib ki, raket proqramı və aşağı səviyyəli uran zənginləşdirmə fəaliyyəti ölkənin dəyişməz “qırmızı xətləri” olaraq qalır və bu mövzular üzrə heç bir müzakirə aparılmayacaq.

AzerVoice xəbər verir ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai İran mediasına açıqlamasında ABŞ-la fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilməsi nəzərdə tutulan danışıqlarla bağlı mövqeyi açıqlayıb. O bildirib ki, İranın raket proqramı və uranın aşağı səviyyədə zənginləşdirilməsi məsələləri müzakirəyə açıq deyil və bu sahələr ölkənin strateji təhlükəsizlik çərçivəsinə daxildir.

Rızainin sözlərinə görə, Tehran bu mövqedən geri çəkilmək niyyətində deyil. O qeyd edib ki, əgər ABŞ tərəfi əvvəlki yanaşmanı davam etdirərək uranın zənginləşdirilməsinin tam dayandırılması kimi tələblərlə çıxış edərsə, bu halda danışıqların əvvəlcədən uğursuz sayılması mümkündür.

İranlı rəsmi vurğulayıb ki, ABŞ-la aparılacaq müzakirələrin real nəticə verməsi üçün qarşı tərəf Tehran tərəfindən müəyyən edilmiş qırmızı xətləri nəzərə almalıdır. Əks halda, diplomatik prosesin irəliləməsi çətin olacaq.

Analitiklərin fikrincə, İranın bu açıqlaması Vaşinqtonla Tehran arasında gərginliyin yüksək olduğu bir mərhələdə danışıqların çərçivəsini əvvəlcədən məhdudlaşdırmaq məqsədi daşıyır. Xüsusilə raket proqramı və nüvə fəaliyyətləri ilə bağlı məsələlər tərəflər arasında əsas ziddiyyət nöqtələri olaraq qalmaqdadır.

Məqalədə: #İran ABŞ-la danışıqlarda qırmızı xətlərini açıqladı #Tehran: raket proqramı müzakirə mövzusu deyil #Maskat danışıqları ərəfəsində İrandan sərt mesaj #İran uranın zənginləşdirilməsi ilə bağlı geri addım atmır #Tehran Vaşinqtonla dialoq üçün şərtlərini açıqladı #İran ABŞ-a xəbərdarlıq etdi: tələblər dəyişməsə #danışıqlar uğursuz olacaq #İran’dan ABD ile görüşmelere kırmızı çizgi #Tahran: Füze programı müzakereye kapalı #İran uranyum zenginleştirme konusunda geri adım atmıyor #Maskat görüşmesi öncesi İran’dan sert açıklama #İran: ABD taleplerinde ısrar ederse görüşmeler başarısız olur #İran ABD’ye müzakere şartlarını açıkladı

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.