5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Nüvə energetikası müasir dünyada müstəqilliyin əsas təminatıdır - Makron

Fransa Prezidenti Emmanuel Makron nüvə energetikasının müasir geosiyasi şəraitdə dövlətlərin inkişafı və suverenliyi üçün mühüm rol oynadığını bəyan edib. Fransa və Beynəlxalq Atom Enerjisi Agentliyinin təşkilatçılığı ilə Bulon-Biyankur şəhərində keçirilən Nüvə Energetikası Sammitində çıxış edən Makron atom energetikasının enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olduğunu bildirib.

10 Mart 2026 22:52
Nüvə energetikası müasir dünyada müstəqilliyin əsas təminatıdır - Makron

BAKI, VOA, Orxan Qədirzadə

Fransa Prezidenti Emmanuel Makron nüvə energetikasının müasir geosiyasi şəraitdə dövlətlərin inkişafı və suverenliyi üçün mühüm rol oynadığını bəyan edib.

VOA xəbər verir ki, Fransa və Beynəlxalq Atom Enerjisi Agentliyinin təşkilatçılığı ilə Bulon-Biyankur şəhərində keçirilən Nüvə Energetikası Sammitində çıxış edən Makron atom energetikasının enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olduğunu bildirib.

Sammitdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak ediblər.

Fransa prezidenti qeyd edib ki, tədbir nüvə məsələsinin İran ətrafında yaranmış gərginliklə əlaqələndirildiyi xüsusi geosiyasi şəraitdə keçirilir. O, həmçinin Yaponiyanın “Fukuşima” atom elektrik stansiyasında baş vermiş qəzanın 15 il əvvəl baş verdiyini xatırladaraq bildirib ki, bu müddət ərzində nüvə sənayesi ciddi nəticələr çıxarıb.

Makron vurğulayıb ki, təhlükəsizlik standartları və nəzarət mexanizmləri əhəmiyyətli dərəcədə gücləndirilib və bu səbəbdən nüvə energetikasını yüksək səviyyədə təhlükəsiz enerji mənbəyi kimi qiymətləndirmək mümkündür.

Fransa lideri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossiyə nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Onun sözlərinə görə, agentliyin fəaliyyəti Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinə və İranla dialoqun davam etdirilməsinə töhfə verir.

Makron əlavə edib ki, mövcud şəraitdə karbohidrogen resurslarından asılılıq bəzi hallarda siyasi təzyiq və ya sabitliyin pozulması alətinə çevrilə bilər. Bu baxımdan nüvə energetikasının enerji tələbatının ödənilməsində mühüm rol oynayacağını bildirib.

O, həmçinin Avropa regionunun müəyyən dərəcədə Rusiya resurslarından asılı olduğunu etiraf edərək qeyd edib ki, dünya üzrə uran hasilatının təxminən 40 faizi Rusiyanın payına düşür və bu məsələ Avropa İttifaqı üçün ciddi çağırış olaraq qalır.

Sammit başlamazdan əvvəl “Greenpeace” təşkilatının fəalları tədbirin keçirildiyi məkanda etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarından biri nüvə energetikasının təhlükəli olduğunu iddia edən plakat açıb, daha sonra təhlükəsizlik əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.

Makron isə tənqidlərə baxmayaraq Fransanın nüvə energetikasının inkişafını davam etdirəcəyini bir daha vurğulayıb.

Məqalədə: #Makron: Nüvə energetikası Fransanın müstəqilliyinin əsas təminatıdır #Fransa prezidenti nüvə enerjisinin strateji əhəmiyyətini vurğuladı #Makron enerji təhlükəsizliyində nüvə enerjisinin rolundan danışdı #Nüvə Energetikası Sammitində Makrondan mühüm mesaj #Fransa lideri: Atom enerjisi Avropanın gələcəyi üçün vacibdir #Makron: Enerji müstəqilliyi üçün nüvə energetikası vacibdir

Mövzu üzrə digər xəbərlər

İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İran

İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib

11:52
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.