Nüvə energetikası müasir dünyada müstəqilliyin əsas təminatıdır - Makron
Fransa Prezidenti Emmanuel Makron nüvə energetikasının müasir geosiyasi şəraitdə dövlətlərin inkişafı və suverenliyi üçün mühüm rol oynadığını bəyan edib. Fransa və Beynəlxalq Atom Enerjisi Agentliyinin təşkilatçılığı ilə Bulon-Biyankur şəhərində keçirilən Nüvə Energetikası Sammitində çıxış edən Makron atom energetikasının enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olduğunu bildirib.