7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Reza Pəhləvi hakimiyyət keçidinə rəhbərlik etməyə hazır olduğunu bildirib

İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Reza Pəhləvi ölkədə hakimiyyət dəyişikliyi baş verəcəyi halda keçid dövrünə rəhbərlik etməyə hazır olduğunu açıqlayıb. ABŞ-da yaşayan Reza Pəhləvi sosial şəbəkə hesablarında yayımladığı müraciətdə İranın gələcək siyasi keçid mərhələsi üçün hazırlıq işlərinin artıq aparıldığını bildirib. Onun sözlərinə görə, ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif mütəxəssislərdən ibarət şəxslər müəyyən edilərək qiymətləndirilib və “Keçid sistemi” adlandırılan idarəetmə strukturu üçün namizədlər seçilir.

14 Mart 2026 18:47
Reza Pəhləvi hakimiyyət keçidinə rəhbərlik etməyə hazır olduğunu bildirib

BAKI, VOA, Orxan Qədirzadə

İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Reza Pəhləvi ölkədə hakimiyyət dəyişikliyi baş verəcəyi halda keçid dövrünə rəhbərlik etməyə hazır olduğunu açıqlayıb.

VOA xəbər verir ki, ABŞ-da yaşayan Reza Pəhləvi sosial şəbəkə hesablarında yayımladığı müraciətdə İranın gələcək siyasi keçid mərhələsi üçün hazırlıq işlərinin artıq aparıldığını bildirib.

Onun sözlərinə görə, ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif mütəxəssislərdən ibarət şəxslər müəyyən edilərək qiymətləndirilib və “Keçid sistemi” adlandırılan idarəetmə strukturu üçün namizədlər seçilir.

Reza Pəhləvi bildirib ki, İslam Respublikası süqut edəcəyi halda bu keçid sistemi qısa müddətdə ölkədə idarəetməni üzərinə götürməyə və sabitliyi bərpa etməyə hazır olacaq. O qeyd edib ki, əsas məqsəd təhlükəsizlik, azadlıq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır.

Pəhləvinin sözlərinə görə, keçid dövründə ölkədə idarəetmə strukturlarının formalaşdırılması və yeni siyasi sistemin müəyyənləşdirilməsi üçün müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət komanda hazırlanır.

Bununla yanaşı, İran müxalifətinin sürgündə fəaliyyət göstərən müxtəlif qrupları arasında Pəhləvi ən tanınmış fiqurlardan biri hesab olunur. Son aylarda bəzi ölkələrdə keçirilən mitinqlərdə monarxiya tərəfdarlarının dəstəyi də müşahidə edilib.

Lakin ABŞ prezidenti Donald Trampın Reza Pəhləvini İranın gələcək lideri kimi açıq şəkildə dəstəkləmədiyi bildirilir. ABŞ lideri son açıqlamalarında Pəhləvinin uzun illərdir ölkədə yaşamamasını qeyd edərək onun rəhbərlik imkanlarına şübhə ilə yanaşdığını bildirib.

Reza Pəhləvi 1979-cu ildə baş verən İran İslam inqilabından sonra ölkədən ayrılıb və o vaxtdan bəri sürgündə yaşayır. Onun atası Məhəmməd Rza Pəhləvi həmin inqilab nəticəsində hakimiyyətdən devrilmişdi.

Son illərdə İran müxalifəti arasında ölkədə mümkün siyasi keçid ssenariləri və gələcək idarəetmə modeli ilə bağlı müxtəlif təşəbbüslər müzakirə olunur.

Məqalədə: #Reza Pəhləvi: İranın keçid dövrünə rəhbərlik etməyə hazıram #İran şahının oğlu hakimiyyət keçidi planını açıqlayıb #İran müxalifət lideri yeni siyasi sistem təklif edir #Sürgündə yaşayan Pəhləvi hakimiyyət dəyişikliyinə hazır olduğunu bildirib #İranın gələcəyi ilə bağlı yeni siyasi açıqlama

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

21:32
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

19:41

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.